AQTA sədri Qoşqar Təhməzli Qəbələ Konserv Zavodunun fəaliyyəti ilə tanış olub
10 İyul 2026 17:39
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Qəbələ rayonunda fəaliyyət göstərən Qəbələ Konserv Zavodunda olub.
Agentlik sədri istehsal sahələrinə baxış keçirib, xammalın qəbulu, emalı, istehsalat laboratoriyası, qablaşdırılması və saxlanılması mərhələləri ilə yaxından tanış olub, xammalın və hazır məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması prosesini izləyib.
AQTA sədri ölkədə qida sənayesinin inkişafı, yerli istehsalın təşviqi və istehlakçıların təhlükəsiz qida məhsulları ilə təmin olunması baxımından emal müəssisələrinin fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Oxşar xəbərlər
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyinin təmin olunması, baytarlıq-sanitariya və sanitariya-gigiyena qaydalarına əməl olunmasına nəzarət məqsədilə respublika üzrə fəaliyyət göstərən kəsim məntəqələrində növbəti monitorinqlər həyata keçirilib.
Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Malayziya mənşəli bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb.
AQTA və Alman-Azərbaycan Xarici Ticarət Palatasının nümayəndələri arasında görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) nümayəndələri arasında onlayn görüş keçirilib. Görüşdə qida təhlükəsizliyi, sahibkarların maarifləndirilməsi və beynəlxalq təcrübənin tətbiqi sahələrində birgə fəaliyyət imkanları barədə fikir mübadiləsi aparılıb. Prioritet istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş