AQTA sədri Qubada vətəndaşlarla görüşəcək
20 Sentyabr 2023 09:27

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2023-cü ilin oktyabr ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli oktyabrın 2-si saat 10:00-da Quba Rayon Heydər Əliyev Mərkəzində Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaşlar Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə (qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi və s.) bağlı adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə, info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq oktyabrın 1-dək qəbula yazıla bilərlər.
Eyni zamanda, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, tibbi profilaktika, aqronomluq, bitki mühafizəsi, kimya, biologiya, torpaqşünaslıq və aqrokimya, baytarlıq ixtisasına yiyələnmiş vətəndaşlar müraciət edə bilərlər.
Oxşar xəbərlər

Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
1 dekabr 2023-cü il tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Şəki rayonunda fəaliyyət göstərən 7 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.

Paytaxtda bir sıra dönərxanaların fəaliyyəti məhdudlaşdırılıb
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində nəzarət tədbirləri həyata keçirilməkdədir. Görülən genişmiqyaslı tədbirlər çərçivəsində dönərxanalarda hazırlanan dönərlərin keyfiyyət və təhlükəsizliyinin qiymətləndirilməsi məqsədilə Bakı şəhərinin daha bir neçə rayonunda dönər satışı həyata keçirilən qida obyektlərində monitorinqlər keçirilib.

Ölkəmizə məhsulları ixrac olunan 272 xarici qida obyektində AQTA tərəfindən qiymətləndirmə aparılıb
Belə ki, cari ilin ötən dövrü ərzində 16 ölkənin müraciəti əsasında 272 xarici müəssisədə qiymətləndirmə aparılıb. Qiymətləndirmənin nəticələrinə əsasən, həmin obyektlərdən 214-ü təsdiq, 20-si isə şərti təsdiq olunaraq Qida Təhlükəsizliyi Reyestrinə daxil edilib. Uyğunsuzluqlar aşkarlandığı üçün İran İslam Respublikasında fəaliyyət göstərən “Yazd Moein Dam İndustrial Slaughterhouse Complex” və “Edalat Dam”, həmçinin Monqolustan Respublikasına məxsus “Choibalsan Group” və Pakistan Respublikasında fəaliyyət göstərən “Snow King Frozen Foods” müəssisələrinin təsdiqindən imtina olunub. Qiymətləndirmə aparılmış 34 obyektlə bağlı hesabatlara baxılması isə yekunlaşmaq üzrədir.
