AQTA sədri Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin rəsmisini qəbul edib
19 Mart 2021 17:11
Martın 19-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Kənd Təsərrüfatı Tədqiqatları və Siyasətləri Baş İdarəsinin rəhbəri Nevzat Birişiki qəbul edib.
AQTA sədri qardaş ölkə ilə qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində əməkdaşlığın əhəmiyyətini vurğulayıb, bu sahədə fəaliyyət göstərən laboratoriyaların təkmilləşdiriləsi və birgə elmi-tədqiqat işlərinin aparılmasının ölkəmizdə müvafiq istiqamətlər üzrə kadr potensialının gücləndirilməsinə tövfə verəcəyini bildirib.
Görüşdə bitki sağlamlığı və fitosanitar nəzarətin təmin edilməsi, həmçinin pestisid və gübrələrin qeydiyyatı sisteminin qurulması üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Səmimi qəbula görə təşəkkür edən türkiyəli qonaq iki ölkə arasında bitki mühafizəsi və karantini, həmçinin qida təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb və bu istiqamətdə öz səylərini əsirgəməyəcəyini bildirib.
Tədbirin sonunda Türkiyə Kənd Təsərrüfatı Tədqiqatları və Siyasətləri Baş İdarəsi ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) arasında “Kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu"nun imzalanması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi barədə razılığa gəlinib.
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş