AQTA sədri Xaçmazda vətəndaşlarla görüşəcək
1 İyun 2023 09:57
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2023-cü ilin iyun ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 23 iyun saat 11:00-da Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaşlar Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə (qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi və s.) bağlı adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə, info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq iyunun 22-dək qəbula yazıla bilərlər.
Eyni zamanda AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, tibbi profilaktika, aqronomluq, bitki mühafizəsi, kimya, biologiya, torpaqşünaslıq və aqrokimya, baytarlıq ixtisasına yiyələnmiş vətəndaşlar müraciət edə bilərlər.
Oxşar xəbərlər
“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Şamaxı şəhəri, Bakı-Qazax yolu, ev 120 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Xəlilov Əyyub Allahverdi oğluna məxsus “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib. Yoxlama zamanı şadlıq evində saxtalaşdırma əlamətləri olan 72 ədəd (hər biri 0.7 lt ) “Sobranie” əmtəə nişanlı araq məhsulunun istehlaka təqdim edilməsinin qarşısı alınıb. Həmçinin normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun inzibati tədbir görülüb, sözügedən məhsullar dövriyyədən çıxarılıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.
AQTA sədri bioloji aktiv qida məhsulları istehsal edən müəssisənin fəaliyyəti ilə tanış olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “Aktif Life Pharma İlaç Medikal Sanayi Ticaret Anonim Şirketi”nin filialının fəaliyyəti ilə tanış olub. AQTA sədrinə müəssisənin istehsal potensialı və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Q.Təhməzli müəssisənin istehsal və emal sahələri, texnoloji xətləri, laboratoriyası və sınaq imkanlarını nəzərdən keçirib. Bildirilib ki, müəssisədə bioloji aktiv qida məhsullarının emalı həyata keçirilir. Tanışlıq zamanı istehsal prosesində qida təhlükəsizliyi tələblərinə əməl olunması, məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərinin təmin edilməsi, eləcə də laboratoriya nəzarətinin təşkili ilə bağlı məsələlər diqqət mərkəzində olub.
Şadlıq saraylarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunmalıdır - VİDEO
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən şadlıq saraylarında mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir. AQTA-nın Bakı Regional bölməsinin rəisi Elşad Cəbrayılov bildirib ki, şadlıq sarayları yüksək risk qrupuna aid qida obyektləridir. Bu səbəbdən obyekt rəhbərləri qida təhlükəsizliyi tələblərinə əməl olunmasını, xüsusilə mətbəxlərin sanitar-gigiyenik vəziyyətinin, işçilərin şəxsi gigiyenasının, qida məhsullarının daşınması, saxlanması və hazırlanması qaydalarının təmin edilməsini diqqətdə saxlamalıdırlar. Elşad Cəbrayılov kütləvi qidalanma xidmətləri göstərən obyektlərin rəhbərlərini qida təhlükəsizliyi tələblərinə ciddi əməl etməyə çağırıb. Daha ətraflı:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
AQTA sədri bioloji aktiv qida məhsulları istehsal edən müəssisənin fəaliyyəti ilə tanış olub
Giriş