AQTA sədri yerli şərab istehsalçıları və ixracatçıları ilə görüşüb
21 Aprel 2022 14:48
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) yerli şərab istehsalçıları və ixracatçıları ilə onlayn formatda görüş keçirilib.
Görüşdə AQTA sədri Qoşqar Təhməzli ölkədə şərab istehsalı və ixracatı sahəsində görülən işlər, iqtisadiyyatın diversifikasiyası, o cümlədən qeyri-neft sektorunun inkişafında xüsusi yer tutan bu istiqamətə verilən dövlət dəstəyi və bununla bağlı həyata keçirilən tədbirlər - özəl sektorun gücləndirilməsi, rəqabətədavamlı qeyri-neft məhsullarının istehsalı, ixracatçılara yaradılmış əlverişli şərait barədə iştirakçılara məlumat verib. Həmçinin daxili istehlak bazarının tələbatının ödənilməsi ilə yanaşı, şərab istehsalı sahəsində ixrac imkanları və potensialının artırılması, müəssisələrin fəaliyyətinin müasir texnologiyalar əsasında qurularaq daha da genişləndirilməsinin vacibliyi bildirilib. Təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarının ən müasir cihaz və avadanlıqlarla təchiz edildiyini diqqətə çatdıran Agentlik sədri şərab məhsullarının fiziki-kimyəvi və toksikoloji sınaqları, məhsulun keyfiyyətinə və təhlükəsizliyinə təsir edən amillər, orqanoleptik müayinə parametrlərinin düzgün şəkildə müəyyən edilməsinin vacibliyini vurğulayıb.
Daha sonra Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının nümayəndələri görülən işlər və bu sahənin inkişafına verdiyi dəstək üçün AQTA-ya təşəkkürlərini ifadə ediblər.
Görüşdə sahibkarları maraqlandıran məsələlər dinlənilib, milli şərab istehsalı sahəsinin inkişafına mane olan səbəblərin tamamilə aradan qaldırılması, o cümlədən, qanunsuz olaraq gizli sexlərdə saxta içki istehsalı istiqamətində görülən tədbirlərin davam etdirilməsinin əhəmiyyəti önə çəkilib.
Qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrlə davam etdirilən görüşdə verilən təklif və rəylərin nəzərə alınacağı bildirilib.
Oxşar xəbərlər
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
Cüdo üzrə Dünya Çempionatında qida təhlükəsizliyinə ciddi nəzarət edilir-VİDEO
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəmizdə keçirilən bütün beynəlxalq və kütləvi tədbirlərdə olduğu kimi, Cüdo üzrə Dünya Çempionatı zamanı da qida təhlükəsizliyinin təmin olunmasına ciddi nəzarət edir. Çempionat çərçivəsində AQTA-nın 17 əməkdaşı yarışın keçirildiyi ərazidə və iştirakçıların yerləşdiyi otellərdə qida məhsullarının saxlanılması, hazırlanması və təqdim olunması proseslərini, eləcə də sanitar-gigiyenik tələblərə riayət edilməsini nəzarətdə saxlayır.
“Həbibli-1” MMC-yə məxsus bazarda yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, “Həbibli-1” MMC-yə məxsus bazarda yoxlama keçirilib. Bazarda sanitariya norma və qaydalarının, eləcə də texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Baxış zamanı ət, süd və balıq məhsullarının temperatur rejiminə əməl edilmədiyi, müşayiətedici sənədləri və mənşəyi məlum olmayan məhsulların satışa çıxarıldığı, məhsulların saxlanılması üçün xüsusi soyuducuların təmin edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər ciddi nöqsanlar aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş