AQTA sədrinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
16 Oktyabr 2026 15:49
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin İmişli rayonunda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Qəbul oktyabrın 22-si saat 10:00-da İmişli rayon Heydər Əliyev Mərkəzində baş tutacaq.
Görüşdə İmişli, Füzuli, Beyləqan, Xocavənd, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.
Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq oktyabrın 21-dək qəbula yazıla bilərlər.
Qəbul zamanı Agentliyin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş