AQTA şənlik mərasimlərində monitorinqləri davam etdirir
30 İyul 2021 17:10
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində aidiyyəti dövlət orqanları ilə birgə reydləri davam etdirir.
Agentlik əməkdaşları tərəfindən Göyçay rayonu, Potu kəndi ərazisində fəaliyyət göstərən yerləşən fiziki şəxs Novruzov Şamil Çingiz oğluna məxsus “Bizim bağ” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub. Yoxlama zamanı həmin şadlıq evində müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu müəyyən olunub. Eyni zamanda, pandemiya dövrünün tələblərinə əsasən, 150 nəfərlik şənlik mərasiminin keçirilməsinə icazə verildiyi halda keçirilən şənlik mərasiminin 150 nəfərdən artıq şəxsin iştirakı üçün nəzərdə tutulduğu və bir masa arxasında 10 nəfərdən artıq şəxsin əyləşdiyi məlum olub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.
AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcəkdir.
Oxşar xəbərlər
Bərdədə Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirləri həyata keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Bərdə rayonunda Amerika ağ kəpənəyinin yayılma vəziyyətinin öyrənilməsi və əhalinin zərərverici ilə mübarizə üsulları barədə maarifləndirilməsi məqsədilə fitosanitar monitorinq və maarifləndirmə işi aparılıb. Tədbirlər rayonun Alaçadırlı, Zümürxan və Qasımbəyli kəndlərində, eləcə də yolkənarı ərazilərdə aparılıb. Zərərvericinin yayılmasının qarşısının alınması məqsədilə mexaniki və kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Göyçayda Gavalının cibcibə virusu aşkarlanan meyvə bağlarında mübarizə tədbirləri həyata keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisinin karantin tətbiq edilən zərərli orqanizmlərdən mühafizəsi və onların yayılmasının qarşısının alınması məqsədilə fitosanitar monitorinqləri davam etdirir. Bu çərçivədə Göyçay rayonunun Mallı-Şıxlı kəndində fiziki şəxs Mədinə Adil qızı Karahana və hüquqi şəxs “Göynar Agro” MMC-yə məxsus meyvə bağlarında fitosanitar monitorinqlər aparılıb. Şaftalı və nektarin bitkilərindən götürülən nümunələrin laborator müayinəsi nəticəsində karantin tətbiq edilən zərərli orqanizm – Gavalının cibcibə virusu aşkarlanıb. Virus ocağının ləğv edilməsi məqsədi ilə fitosanitar mübarizə tədbirləri görülüb.
Amerika ağ kəpənəyinə qarşı monitorinqlər davam edir
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsi tərəfindən Amerika ağ kəpənəyinin (Hyphantria cunea) yayılmasının qarşısının alınması, zərərvericinin zamanında aşkarlanması və əhali arasında məlumatlılığın artırılması məqsədilə Zaqatala və Qax rayonlarının müxtəlif kəndlərində monitorinq və maarifləndirmə tədbirləri həyata keçirilib. Amerika ağ kəpənəyinin aşkar edildiyi ərazilər qeydə alınaraq, həmin sahələrdə müvafiq fitosanitar tədbirlərin görülməsi üçün aidiyyəti qurumlar və məsul şəxslər məlumatlandırılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş