AQTA tərəfindən Ağdam, Bərdə və Tərtər rayonlarının park və yaşıllıqlarında fitosanitar müşahidələr aparılıb
4 Sentyabr 2021 12:58
![AQTA tərəfindən Ağdam, Bərdə və Tərtər rayonlarının park və yaşıllıqlarında fitosanitar müşahidələr aparılıb](https://afsa.gov.az/resized/resize649/center/pages/4884/16824838225320.jpg)
![AQTA tərəfindən Ağdam, Bərdə və Tərtər rayonlarının park və yaşıllıqlarında fitosanitar müşahidələr aparılıb](https://afsa.gov.az/resized/resize649/center/pages/4884/16824838235321.jpg)
![AQTA tərəfindən Ağdam, Bərdə və Tərtər rayonlarının park və yaşıllıqlarında fitosanitar müşahidələr aparılıb](https://afsa.gov.az/resized/resize649/center/pages/4884/16824838225320.jpg)
![AQTA tərəfindən Ağdam, Bərdə və Tərtər rayonlarının park və yaşıllıqlarında fitosanitar müşahidələr aparılıb](https://afsa.gov.az/resized/resize649/center/pages/4884/16824838235321.jpg)
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisinin park və yaşıllıqlarında zərərverici, xəstəlik və alaq otları ilə sirayətlənmənin vaxtında aşkar edilməsi və onlara qarşı mübarizə tədbirlərinin görülməsi üçün fitosanitar monitorinqləri davam etdirir.
Belə ki, Agentliyin fitosanitar müfəttişləri tərəfindən Ağdam, Bərdə və Tərtər rayonlarının ərazisində yerləşən 22 ha park və yaşıllıqlarda həyata keçirilən monitorinqlər nəticəsində 6 ha sahədə karantin tətbiq edilən zərərvericilər olan Yaponiya yalançı qalxanlı mumlu yastıcası (Ceroplastes japonicus) və komstok yastıcası (Pseudococcus comstocki) ilə zəif sirayətlənmə aşkar olunub. Bununla bağlı olaraq, mübarizə tədbirləri çərçivəsində mexaniki təmizləmə işləri aparılıb və digər zəruri tədbirlər həyata keçirilib.
Oxşar xəbərlər
![Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9300/1717404874425.jpg)
Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb
AQTA Cəlilabad rayonunun Maşlıq, Əliqasımlı, Üçtəpə, Söyüdlü, Privolnaya, Ocaqlı, Bədirli, Qarazəncir, Kazımabad, Masallı rayonunun Ləngan, Əhmədli, Təklə kəndlərində yerləşən ümumilikdə 100 kartofçuluq təsərrüfatında monitorinqlər keçirib.
![İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir](https://afsa.gov.az/resized/resize224/center/pages/9190/1.jpg)
İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyi karantin tətbiq edilən və potensial təhlükə törədən müxtəlif zərərli orqanizmlərin aşkarlanması və yayılmasının qarşısını almaq məqsədilə bitkiçilik məhsullarının ilkin istehsalı təsərrüfatlarında mütəmadi olaraq müşahidə və monitorinqlər aparır.
![Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9072/3-pestisid-qaligi00-00-09-15still004.jpg)
Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarında pestisid qalıqlarına dair yeni videoçarx hazırlanıb.
![Bioloji aktiv qida məhsullarının idxalı zamanı riayət edilməsi vacib tələblər](https://img.youtube.com/vi/TUM1wv6QTHY/hqdefault.jpg)