AQTA tərəfindən koronavirusun profilaktikası çərçivəsində 229 müəssisədə reyd keçirildi
14 İyul 2020 11:15
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
13 iyul 2020-ci il tarixində AQTA əməkdaşları tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 44 ictimai iaşə obyekti, 185 ərzaq satışı mağazası olmaqla ümumilikdə 229 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 81-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
Ağayev Yusif Əli oğluna, Mirzəyev Valeh İbrahim oğluna, Əhmədzadə Fərid Mirağa oğluna, Ocaqverdiyev Natiq Durasan oğluna, Aşımov Akif İnqilab oğluna, Babayev Hüseyn Rza oğluna, Məmmədov Əhəd Həmzə oğluna, İsmayılov Elməddin Şakir oğluna, Məhərrəmov Elməddin Sultanhəmid oğluna və Quliyev Yusif Mirzə oğluna məxsus ərzaq mağazaları, “Güvən” market, “ƏVOA” MMC-yə məxsus Yasamal və Səbail rayonunda marketlər
Digər şəhər və rayonlar üzrə:
Abşeron rayonu, Mehdiabad qəsəbəsində “Rahat” market
Siyəzən rayonunda “Göl” kafesi
Xaçmaz rayonunda Ağayev Nizami Əmirağa oğluna məxsus ət satışı mağazası
Quba rayonunda “Şane”, “Roman”, “Shisha garden”, “Olimp” restoranları, “Göl” kafesi
Göyçay rayonunda “Panorama”, “Tontiş”, “Qədiş” kafelər, Həsənov Neyman Gülbala oğluna, Xəlilov Müqəddəs Sirac oğluna, İbrahimov Ehtibar Rafiq oğluna məxsus dönərxanalar, Məmmədov Yasin Vahid oğluna, Səfərəliyeva Afaq Əsgərağa oğluna məxsus yeməkxanalar, Rüstəmov Atakişi Xəqani oğluna və Zamanov Rafiq Gülməmməd oğluna məxsus restoranlar
Ağdaş rayonunda “Sərin”, “Bir inci”, “Ağdaş”, “Xırdalan”, “İKA”, “Ailəvə”, “Halal”, “1001 Gecə”, “Kral”, “Çinar” restoranları, “Şamil”, “Elxan”, “Su səsi” kafeləri, Qarayev Telman Şahmurad oğluna məxsus kafe və Əhmədov Natiq Mahmud oğluna məxsus yeməkxana
Zaqatala rayonunda Bayramova Hürü Qürbət qızına, İsmayılova Səidə Kamal qızına, Aydayeva Ayşə Məhəmməd qızına məxsus ərzaq mağazaları
Balakən rayonunda Kiçiliyeva Arzu Şəmsəddin qızına məxsus ərzaq mağazası
Qəbələ rayonunda “Kabab” və “Dönər evi” dönərxanaları və “Dondurma” kafe
Astara rayonunda “Rahat” və “Qardaşlar” ərzaq mağazaları
Goranboy rayonunda Babayeva Gülnar Rüstəm qızına məxsus ərzaq mağazası
Daşkəsən rayonunda Həlilzadə Səadət Ellər qızına məxsus kafe, “Versal” restoranı, Əliyev Maarif Əsgər oğluna, Hüseynov Şahbar Novruz oğluna, Qurbanova Ahuzər İlyas qızına məxsus yeməkxanalar, "Araz supermarket", “Bizim” marketlər, İmamverdiyeva Niyar Abbas qızına və Məmmədov Xəyal Akif oğluna məxsus ərzaq mağazaları
Naftalan şəhərində “Bahar” və “Turan” yeməkxanaları, Rəhimov Rahib Arzu oğluna məxsus dönərxana
Qazax rayonunda “Loğman”, “Şamlıq” kafelər, Nəbiyev Mehdi Akif oğluna və Ərəbov Hacı Murad oğluna məxsus ət satışı mağazaları
Ağstafa rayonunda “Şans” kafe
Şəmkir rayonunda Hadıyev Anar Sadəddin oğluna, İsmayılov Elçin Firudin oğluna, Camalzadə Anar Nəriman oğluna məxsus ət satışı mağazaları
Ucar rayonunda “24 saat” market
İmişli rayonunda “Tərəkəmə”, “Gilavar” restoranları
Beyləqan rayonunda “Xan çinarı”, Səmədov Rəvan Həmzəağa oğluna məxsus yeməkxana
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
Ağsu və Qobustan rayonlarında nar istehsalçıları ilə görüşlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Dağlıq Şirvan regional bölməsi Ağsu rayonunun Cəlayir, Kəndoba, Hacıuşağı, eləcə də Qobustan rayonunun Poladlı, Təsi və Yekəxana kəndlərində nar istehsalçıları ilə görüşlər keçirib. Tədbirlərdə nar bağlarında bitki sağlamlığının qorunması məsələləri müzakirə olunub, zərərverici və xəstəliklərə qarşı effektiv mübarizə üsulları, aqrotexniki qulluq qaydaları və fitosanitar tələblər barədə ətraflı məlumat verilib. Narın həm yerli, həm də xarici bazarlara çıxışı zamanı karantin tələblərinə əməl edilməsinin vacibliyi vurğulanıb. İstehsalçılara daxili karantin sertifikatının əhəmiyyəti, ixrac olunan məhsullarda pestisid qalıqlarının icazə verilən norması izah edilib, ixrac prosesində məhsullardan götürülən nümunələrin laborator müayinələrə cəlb edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, zərərvericilərin erkən aşkarlanması üçün mütəmadi fitosanitar müşahidələr aparılmalı, təsərrüfatlarda bitki mühafizə vasitələrindən istifadə edərkən tətbiq reqlamentinə və təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır. Daha sonra təsərrüfat sahiblərinin sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb. Nar istehsalçılarının maarifləndirilməsi məqsədilə təşkil olunan görüşlər regionun digər rayonlarında da davam etdiriləcək.
Giriş