AQTA tərəfindən otel və keytrinq xidmətləri göstərən obyektlərdə monitorinqlər aparılıb
16 Avqust 2024 17:57

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər çərçivəsində Bakı və Sumqayıt şəhərləri, habelə Abşeron rayonu olmaqla, ümumillikdə 351 oteldə və 59 keytrinq xidməti ilə məşğul olan obyektdə qiymətləndirmə həyata keçirilib.
Aparılan qiymətləndirmə zamanı ümumillikdə 264 qida obyektində ( 231 otel və 33 keytrinq xidməti) qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin pozulduğu faktı aşkar edilib ki, həmin nöqsanların aradan qaldırılması ilə bağlı müəssisələrin rəhbərlərinə icrası məcburi göstərişlər verilib. Aparılan tədbirlər nəticəsində otel və keytrinq müəssisələri tərəfindən aşkarlanmış nöqsanların mühüm bir hissəsi aradan qaldırılsa da, onlardan 15 otel və 14 keytrinq xidməti obyektində dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, aparılan təkrar monitorinqlər zamanı nöqsanların aradan qaldırılmadığı məlum olub.
AQTA tərəfindən nöqsan aşkar edilən otellərlə bağlı məsələnin nəzarətə götürülməsi və səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara məlumat verilib.
Agentlik tərəfindən aparılan təkrar monitorinqlər zamanı ciddi uyğunsuzluq müəyyən edilmiş otellərin və keytrinq xidməti ilə məşğul olan obyektlərin siyahısı ilə aşağıdakı cədvəllərdən tanış ola bilərsiniz:
Agentlik tərəfindən aparılan təkrar monitorinqlər zamanı ciddi uyğunsuzluq müəyyən edilmiş otellərin SİYAHISI |
||||
S/N |
Müəssisənin adı |
Müəssisənin ünvanı |
Aşkar edilmiş nöqsanlar |
|
1 |
"Azcot" Hotel |
Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi.18B |
1.Emal sahələri ayrılmamışdır. |
|
2 |
"Da Vinci" Hotel Baku |
Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi 10/12 |
1. Mətbəx sahəsinin divarı asan yuyula bilən materialla üzlənməmişdir. |
|
3 |
"Green" Hotel |
Bakı şəhəri, Nərimanov rayonu, M.Araz 58 A |
1.Emal sahəsində havalandırma sistemi quraşdırılmamışdır. |
|
4 |
"Hotel My life" (Xudaferin) |
Bakı şəhəri, Nizami rayonu, Məhsəti ev 2534-cü məhəllə |
1. Temperatur və nisbi rütubətə nəzarət cihazları mətbəx sahədə quraşdırılamışdır. |
|
5 |
"Boulevard Rigs Boutique" Hotel (Riqs hotel) |
Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi 27m- |
1. Mətbəxdə əllərin yuyulması üçün ayrıca çanaq təşkil olunmamışdır. |
|
6 |
"Maestro" hotel |
Bakı şəhəri, Yasamal rayonu, Rastropoviç küçəsi 30 |
1. İşçilərin əllərinin yuyulması üçün yuma çanağı təşkil edilməmişdir. |
|
7 |
"Grand" Hotel Central Baku |
Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan ev 66 |
1. Anbar sahədə havalandırma sistemi təşkil olunmamışdır. |
|
8 |
"Nice Life" Otel |
Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi ev 24H. m 24H |
1. Emal sahəsində mexaniki (avtonom) tipli havalandırma sistemi təşkil olunmamışdır |
|
9 |
"Astoria Baku" Hotel |
Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ev 76 |
1. Müəssisədə işçilərin əllərinin və çirkli tərəvəzlərin yuyulması üçün yuma çanağı təşkil olunmamışdır. |
|
10 |
"Ogguesto" Hotel |
Bakı şəhəri, Sabunçu rayonu, Bəşir Bünyadov Bakıxanov qəsəbəsi, ev 40 m.0 |
1. Qida məhsulları qabların yuyulması üçün nəzərdə tutulan yuma çanağında yuyulur. |
|
11 |
"Abşeron Marino" |
Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsi 272 |
1. Müəssisədə havalandırma sistemi quraşdırılmamışdır. |
|
12 |
"Boutique" Hotel Baku |
Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev ev 136 |
1. İşçilərin əllərinin, çirkli tərəvəzlərin yuyulması üçün ayrıca yuma çanağı təşkil olunmamışdır. |
|
13 |
"Diamond" Hotel |
Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli ev 25E |
1.İşçilər gigiyenik təlimlərə cəlb olunmamışdır. |
|
14 |
"Manor" Hotel |
Bakı şəhəri, Sabunçu rayonu, Ş.Kamilov 7 |
1. Yuma çanaqları yetərli sayda deyil. |
|
15 |
"Very Well Baku"(Green Villa) |
Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qədəmgah 43 A |
1. Mətbəxdə havalandırma sistemi quraşdırılmamışdır |
Agentlik tərəfindən aparılan təkrar monitorinqlər zamanı ciddi uyğunsuzluq müəyyən edilmiş keytrinq xidməti ilə məşğul olan obyektlərin |
|||
S/N |
Subyektin adı |
Subyektin faktiki fəaliyyət ünvanı |
Aşkar edilmiş nöqsanlar |
1 |
"Şəfa Catering" MMC |
Bakı şəhəri, |
1.Emal sahələri ayrılmamışdır. |
2 |
"Lunchef Catering" MMC |
Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, ev 9D m. məhəllə 360 |
1.Emal sahələri ayrılmamışdır. |
3 |
"Sağlam Catering " MMC |
Bakı şəhəri, |
1.Emal sahələri ayrılmamışdır. |
|
|||
4 |
"Famfood" MMC |
Bakı şəhəri, |
1. Emal sahələri ayrılmamışdır. |
5 |
"Concept Consulting and Managment" MMC |
Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 13A |
1.Emal sahələri ayrılmamışdır. |
6 |
"Global Service F7TE" MMC |
Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 13 |
1.Qida obyektində mexaniki havalandırma təmin olunmamışdır. 2.Soyuq qəlyanaltıların hazırlanması və ət emalı sahəsində işçilərin əllərini yuması üçün çanaq təmin olunmamışdır. 3. Quru məhsul anbarında saxlama rəfinin səthi asan yuyulub təmizlənə bilən materialla üzlənməmişdir. 4. Qida obyektinin anbar sahəsində divarın tamlığı pozulmuşdur. 5. Soyuq qəlyanaltıların hazırlanması və yuma sahəsində istismar olunan soyuducunun və saxlama rəfinin hissələri korroziyaya uğramışdır. 6. İşçilərin soyunub-geyinmə sahəsində fərdi dolablar təmin olunmamışdır. |
7 |
"El-Oba" QSC |
Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 53 |
1. Quru məhsul anbarı havalandırma sistemi təmin olunmamışdır. |
8 |
"Vip-prod" MMC |
Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr (köhnə Nobel) prospekti, 15 "Azure business city" (2-ci mərtəbə) |
1. Emal sahələri ayrılmamışdır. |
9 |
"EAS Catering" MMC |
Bakı şəhəri, Səbail rayonu, Abbaszadə 1127 |
1.Ət emalı sahəsində işçilərin əllərini yuması üçün çanaq quraşdırılmamışdır. |
10 |
"Azeservis catering" MMC |
Bakı şəhəri, |
1. Emal sahələri ayrılmamışdır. |
11 |
"Saf Catering" MMC |
Bakı şəhəri, |
1.Müəssisənin mətbəx və soyuq qəlyanaltıların hazırlanma sahəsində havalandırma qurğuları təmin edilməmiş, digər sahələrdə havalandırma məişət tipli qurğularla təmin olunmuşdur. |
12 |
"Food man" MMC |
Bakı şəhəri, Qaradağ rayonu, |
1.Unlu qənnadı məhsullarının hazırlanması sahəsində havalandırma qurğuları təmin olunmamışdır. |
13 |
"North Lunch Catering" MMC |
Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 41 |
1. Emal sahələri ayrılmamışdır. |
14 |
"Food and Mood" MMC |
Bakı şəhəri, |
1.Emal sahələri ayrılmamışdır. |
Oxşar xəbərlər

Ağsuda “Vəlxan” kafesində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağsu şəhəri, Bakı-Qazax şosesi 157-ci km ünvanında fəaliyyət göstərən, fiziki şəxs Rəsulov Vəlxan Burxan oğluna məxsus “Vəlxan” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb və rəhbəri barəsində inzibati tədbir görülüb.

Süd emalı müəssisələrinin nümayəndələri ilə görüş keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası və süd emalı müəssisələrinin nümayəndələri ilə görüş keçirib. Onlayn formatda keçirilən görüşdə süd emalı müəssisələrində aparılan nəzarət tədbirləri zamanı aşkarlanan nöqsanlar, eləcə də çiy süddə Aflatoksin M1 üzrə uyğunsuzluqlar, onun yaranma səbəbləri və qarşısının alınması üçün görülməli olan qabaqlayıcı tədbirlər sahibkarların nəzərinə çatdırılıb. Eyni zamanda süd emalı müəssisələrinə dair mövcud tələblər, onların qida təhlükəsizliyi qeydiyyatına alınmasının vacibliyi vurğulanıb. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Astarada fəaliyyət göstərən marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Astara rayonu, Burzubənd kəndində fəaliyyət göstərən Əliyeva Cəmilə Əli qızına məxsus “Hacıoğlu” marketdə keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, marketdə istifadə müddəti bitmiş ümumi çəkisi 49 kq müxtəlif növ qida məhsulu müəyyən edilib, həmçinin satışda olan yağ məhsullarının saxlanma temperaturuna əməl olunmadığı aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız məhsullar məhv edilib.