AQTA tərəfindən təsdiq edilən xarici qida obyektlərindən yem və yem əlavələrinin idxalı davam etdirilir
10 Sentyabr 2024 14:33
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq edilən xarici qida obyektlərindən yem və yem əlavələrinin idxal prosesi davam etdirilir.
Məlum olduğu kimi, yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələlər “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qanun 2023-cü il 1 yanvar tarixindən etibarən qüvvəyə mindikdən sonra bu sahədə beynəlxalq təcrübə nəzərə alınmaqla yeniliklər tətbiq olunub, sadələşdirmə işləri aparılaraq yem məhsullarına münasibətdə qeydiyyat tələbi ləğv edilib. Belə ki, yem məhsullarının idxalı üçün artıq qeydiyyat tələbi ləğv edildiyindən ənənəvi yemlərin ölkəyə idxalında prosedurların sadələşdirilməsi həyata keçirilib və yem məhsulları idxal etmək istəyən təsərrüfatların özlərinə uyğun ölkədən qeydiyyat tələbi olmadan yem məhsullarının idxalı imkanı yaradılıb.
Qeyd edək ki, Qanunda yem əlavələri ilə bağlı tətbiq edilmiş yeniliklərdən biri onların Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün həmin məhsulların istehsal və emal edildiyi obyektlərin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq qaydada təsdiq edilməsidir. Belə ki, yem əlavələri istehsal edən obyektlər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu yerində və ya videoinspeksiya formatında qiymətləndirilməklə təsdiq olunan qida zənciri obyektlərinin siyahısına daxil edilib.
Hazırda bir neçə yem əlavələri istehsal edən xarici obyektlər Agentlik tərəfindən təsdiq edilib və həmin obyektlərdən qeyd olunan məhsulların ölkəyə idxalı davam etdirilir.
Cari il ərzində ölkəmizə əsasən Rusiya, Argentina, Türkiyə, Çin, Ukrayna və Almaniya daxil olmaqla, ümumilikdə, 31 (ötən ilin eyni dövrü üzrə 27) ölkədən yem və yem məhsulları idxal olunub. Həmçinin cari il ərzində ölkəmizə əsasən Rusiya (47%), Argentina, Türkiyə və Almaniya daxil olmaqla, ümumilikdə, 16 ölkədən quş yemi idxal edilib.
Bildiririk ki, cari il ərzində heyvan və quş yeminin idxalında artım müşahidə olunub. O cümlədən heyvan və quş yeminin idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 37% artıb. Həmçinin amin turşusu tərkibli yem əlavələrinin də idxalında artım müşahidə olunub. Belə ki, cari ildə amin turşusu tərkibli yem əlavələrinin idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 48% artıb. Cari il ərzində isə ölkəmizə əsasən Çin, Fransa, Belçika, Türkiyə daxil olmaqla, ümumilikdə, 8 ölkədən amin turşusu tərkibli yem əlavələri idxal olunub.
Bu sahədə aparılan təhlillər bir daha onu göstərir ki, quş əti və quşçuluq məhsullarının qiymətinin artması ilə bağlı bəzi media resurslarında edilən manipulyativ çıxışlar, o cümlədən guya bu məhsulların istehsalı zamanı xərclərin çoxaldığı, yem ehtiyatının azaldığı və buna səbəb kimi ölkəyə idxal olunan yem məhsulları ilə bağlı tətbiq olunan yeni qaydaların əsas göstərməsi kimi iddialar həqiqətə söykənməyən və obyektivlikdən kənar məlumatlardır.
Oxşar xəbərlər
AQTA əməkdaşları Çində beynəlxalq təlimdə iştirak ediblər
10–23 noyabr tarixlərində Çin hökuməti tərəfindən həyata keçirilən “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində inspeksiya və karantin standartları üzrə beynəlxalq təlim keçirilib. Pekin və Sian şəhərlərində baş tutan təlimdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları da iştirak ediblər. Təlimin əsas məqsədi inspeksiya və karantin sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, mütəxəssislərin peşəkar bilik və bacarıqlarının artırılması, eləcə də kənd təsərrüfatı məhsullarının beynəlxalq ticarətində fitosanitar təhlükəsizliyin gücləndirilməsi olub. Təlim çərçivəsində ÇXR-in bitki karantini sistemi, idxal-ixrac əməliyyatlarında fitosanitar nəzarət, zərərli orqanizmlərin aşkarlanması, laborator müayinə üsulları, fitosanitar risklərin qiymətləndirilməsi və müasir nəzarət mexanizmlərinin tətbiqi üzrə təqdimatlar dinlənilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Qoşqar Təhməzli sahibkarları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli dekabrın 3-ü saat 14:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 77) 1003 256 nömrəsinə zəng vurmaqla, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla dekabrın 2-si saat 13:00-dək qəbula yazıla bilərlər.
Kürdəmirdə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Kürdəmir rayonu, Bakı prospekti, Dördyol dairəsində yerləşən, Baxşıyev Nizami Vəlixan oğluna məxsus “Güvən Store” marketdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nəzarət tədbiri keçirilib. Marketdə normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, etiket məlumatları olmayan və yararlılıq müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsulları, saxtalaşdırılaraq istehsal edilmiş “Organic Gold”, “Gümüş Güllə”, ”Organic Vodka” əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar dövriyyədən çıxarılaraq araşdırılması üçün aidiyyəti orqana göndərilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş