AQTA tərkibində ən çox şəkər olan emal edilmiş qida məhsullarının siyahısını açıqlayıb
27 Dekabr 2023 14:51
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçılara şəkərdən istifadə zamanı diqqətli olmağı və şəkər əlavə edilmiş məhsulları normadan artıq istehlak etməməyi tövsiyə edir. Belə ki, şəkərin normadan artıq istehlak olunması insan orqanizmində piylənmə, diş çürüməsi, 2-ci tip diabet, ürək xəstəlikləri, ateroskleroz yarada, bəzi xərçəng xəstəlikləri riskini artıra bilər. Şəkər isə orqanizmə yalnız qənd, şəkər tozu, mürəbbə, şərbət kimi qidalarla deyil, həm də emal edilmiş qida məhsulları vasitəsilə daxil olur. Həmin məhsullar əsasən aşağıdakılardan ibarətdir:
Şirinləşdirilmiş içkilər:
- Alkoqolsuz və qazlı içkilər;
- Meyvə şirələri və nektarları;
- Enerji içkiləri;
- Şirinləşdirilmiş çaylar və qəhvə içkiləri, kokteyllər.
Desertlər:
- Şirniyyatlar, xüsusilə şokoladlar, karamellər, vaflilər;
- Tortlar, kekslər və piroqlar;
- İçlikli və içliksiz peçenyelər və biskvitlər;
- Ruletlər;
- Dondurmalar;
- Sorbetlər.
Konservləşdirilmiş və emal olunmuş qidalar:
- Konservləşdirilmiş meyvələr;
- Tərkibində şirinləşdirilmiş souslar olan əvvəlcədən qablaşdırılmış yeməklər;
- Şəkər əlavə edilmiş hazır şorbalar.
Müxtəlif qəlyanaltılar:
- Şirinləşdirilmiş yoqurtlar;
- Dənli barlar;
- Popkorn;
- Şirinləşdirilmiş quru meyvələr;
- Qarğıdalı çubuqları.
Digər qidalar:
- Ketçup, souslar;
- Mürəbbə;
- Şokoladlı və ya çiyələkli südlər;
- Cem, jele və marmeladlar.
Mütəxəssislərin tövsiyəsinə əsasən, şəkər istehlakının azaldılması üçün çayın şokolad, mürəbbə və şirniyyat əvəzinə qurudulmuş meyvə və giləmeyvələrlə içilməsi, susuzluğun şəkərli içkilərlə deyil, su ilə dəf edilməsi, yemək hazırlanarkən isə minimum şəkər əlavə olunması və ya ümumiyyətlə əlavə edilməməsi arzuolunandır. Üzüm, armud, əncir və digər bu kimi şirin meyvələrin az miqdarda qəbul edilməsi də tövsiyə olunandır. Bununla yanaşı, şirniyyatı çox istehlak edən şəxslərə bu qidadan istifadəni tədricən azaltmaq məsləhət görülür.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş