AQTA tibb müəssisələrində yoxlamaları davam etdirir
17 May 2021 09:36
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində yoxlamalar davam etdirilir. Yoxlamalar zamanı Xaçmaz Rayon Mərkəzi Xəstəxanası və Siyəzən Müalicə Diaqnostika Mərkəzində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və xəstələrin qidalanmasının təşkili sahəsində tələblərin kobud şəkildə pozulması faktları aşkar olunub. Bu faktlara hüquqi qiymət verilməsi üçün sənədlər toplanaraq Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim olunub.
Qeyd edək ki, tibb müəssisələrində həyata keçirilən nəzarət tədbirləri çərçivəsində xəstələrin qidalanma rejiminin təşkili, ərzağın keyfiyyəti, qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti və qida təhlükəsizliyi tələblərinə əməl olunması yoxlanılır.
Yoxlamaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
Sosial şəbəkələrdə satılan “arıqlama” məhsullarında təhlükəli maddə aşkarlanıb –Video / Foto
Giriş