AQTA və FAO arasında birgə maarifləndirici layihələr müzakirə olunub
26 Fevral 2021 18:23
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Bakı ofisinin nümayəndələri arasında görüş keçirilib.
Görüşdə "7 iyun - Ümumdünya Qida Təhlükəsizliyi Günü" ilə əlaqədar əhalinin və ictimaiyyətin maarifləndirilməsi istiqamətində həyata keçirilməsi nəzərdə tutulan layihələr müzakirə olunub. "Qida təhlükəsizliyi hamının işidir" şüarı altında keçirilən tədbirlərlə bağlı birgə çap materialları, videoçarxların hazırlanması, kütləvi informasiya vasitələrinin nümayəndələri arasında təlimlərin keçirilməsi və PR layihələrin icrası ilə əlaqədar ilkin razılıq əldə olunub.
Daha sonra bu sahədə əməkdaşlıq istiqamətləri və perspektivlərə dair fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş