AQTA və Gürcüstanın Milli Qida Agentliyi identifikasiya sistemi sahəsində təcrübə mübadiləsi aparıb
30 İyul 2026 16:09
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Gürcüstanın Milli Qida Agentliyi arasında heyvan sağlamlığı sahəsində qanunvericilik və institusional təcrübənin öyrənilməsinə dair onlayn görüş keçirilib.
Görüşdə Gürcüstanda heyvanların identifikasiyası və qeydiyyatı sisteminin hüquqi və institusional əsasları, sistemin tətbiqi və idarə olunması mexanizmləri, mövcud vəziyyəti, heyvanların izləniləbilənliyinin təmin edilməsi, eləcə də sistemin təkmilləşdirilməsi və inkişaf istiqamətləri barədə məlumat verilib.
Bununla yanaşı, görüşdə heyvanların identifikasiyası və qeydiyyatı sisteminin epizootik nəzarətin gücləndirilməsi, heyvan xəstəliklərinin operativ aşkarlanması və qarşısının alınması, heyvan mənşəli məhsulların izləniləbilənliyinin təmin edilməsi barədə də müzakirələr aparılıb.
Oxşar xəbərlər
Qoşqar Təhməzli “ATS Food” MMC-nin fəaliyyəti ilə tanış olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli avqust ayının 13-də “ATS Food” MMC-nin “Bismak” əmtəə nişanlı istehsal xəttinin fəaliyyəti ilə tanış olub. Müəssisədə istehsal prosesinin müxtəlif mərhələləri, tətbiq olunan texnologiyalar, unlu qənnadı və digər qənnadı məmulatlarının emalı və qablaşdırılması proseslərini izləyib.
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyinin təmin olunması, baytarlıq-sanitariya və sanitariya-gigiyena qaydalarına əməl olunmasına nəzarət məqsədilə respublika üzrə fəaliyyət göstərən kəsim məntəqələrində növbəti monitorinqlər həyata keçirilib.
Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Malayziya mənşəli bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş