AQTA və Macarıstanın Qida Zəncirinə Nəzarət Qurumunun nümayəndə heyəti arasında görüş keçirilib
30 İyun 2022 10:24
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Macarıstanın Qida Zəncirinə Nəzarət Qurumunun nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə ilkin tanışlıq məqsədilə nümayəndə heyətləri qarşılıqlı təqdimatla çıxışıb ediblər. Azərbaycandan bitkiçilik məhsullarının Macarıstan və digər Aİ ölkələrinə ixracına texniki dəstək göstərilməsi, eləcə də gələcək əməkdaşlıq imkanları müzakirə olunub. 2022-ci il 3 fevral tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiya”nın 8-ci iclasının protokolu və “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında qida təhlükəsizliyi və heyvan sağlamlığı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nda qida təhlükəsizliyi sahəsi üzrə öz əksini tapmış müddəalar ətrafında fikir mübadiləsi aparılıb və əməkdaşlığın həyata keçirilməsi istiqamətində tədbirlər müəyyənləşdirilib.
Tədbirdə 2021-2022-ci illər ərzində Azərbaycan ilə Macarıstan arasında qida məhsulları, fitosanitar və baytarlıq nəzarətində olan məhsulların idxal-ixrac əməliyyatları ilə bağlı müzakirələr aparılıb. Macarıstandan ölkəmizə əsasən canlı bitki, şokolad, konservləşdirilmiş tərəvəz və ət məhsullarının idxal olunduğu, ölkəmizdən Macarıstana isə meyvə-tərəvəz şirəsi və hazır sousların ixrac olunduğu vurğulanıb. Bildirilib ki, qeyd edilən idxal-ixrac əməliyyatlarının müvafiq prosedurlara uyğun həyata keçirilməsi təmin olunub, ortaya çıxan texniki çətinliklər işçi qaydada həll edilib.
Görüşdə Anlaşma Memorandumu və Hökumətlərarası Komissiyanın Protokolunun icrasının təmin edilməsi çərçivəsində qida məhsullarının izlənilə bilməsi və geri çağırılması sahəsində, eyni zamanda yem məhsulları, qida və yem əlavələri, bioloji aktiv qida məhsulları, qida məhsulları ilə təmasda olan materialların dövlət qeydiyyatına alınması ilə bağlı təcrübə mübadiləsinin həyata keçirilməsinə dair razılıq əldə olunub.
Oxşar xəbərlər
“By Fateh Gənclik” restoranının fəaliyyəti məhdudlaşdırılıb - VİDEO
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 118A ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Bəhram Müşfiq oğluna məxsus “By Fateh Gənclik” restoranında plandankənar nəzarət tədbiri aparılıb. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan qanunsuz və antisanitar şəraitdə fəaliyyət göstərdiyi, mətbəxdə texnoloji ardıcıllığa riayət edilmədiyi, istehlaka təqdim edilən ətlərin müvafiq icazə sənədlərinin olmadığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçirilmədən fəaliyyət göstərdiyi və digər nöqsanlar aşkarlanıb. Bundan əlavə, yararlılıq müddəti ötmüş alkoqolsuz içki və qida məhsulları da aşkar edilib. Qeyd olunan uyğunsuzluqlarla əlaqədar obyektin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib edilib. Əlavə olaraq, laborator müayinələrin aparılması məqsədilə ət məhsullarından nümunələr götürülüb. Link:
Salyanda “Aşxana” adlı kafedə nöqsanlar aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şirvan-Salyan regional bölməsinin əməkdaşları Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən, fiziki şəxs Məmmədova Gülər Sənan qızına məxsus “Aşxana” adlı kafedə nəzarət tədbiri keçirib. İctimai iaşə obyektinin qeydiyyatdan keçmədən qanunsuz fəaliyyət göstərdiyi, qida məhsullarının hazırlanması üçün mətbəx sahəsinin mövcud olmadığı, ev şəraitində hazırlanan yeməklərin mənşəyinin məlum olmadığı, istifadə edilən suyun filtrdən keçirilmədiyi, temperatur rejiminə düzgün əməl edilmədiyi və digər sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib və nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyəti məhdudlaşdırılıb.
İsmayıllıda qanunsuz heyvan kəsiminin qarşısı alınıb
Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri İsmayıllı rayonunda polis əməkdaşları ilə birgə qanunsuz heyvan kəsimi və ət satışının qarşısının alınması məqsədilə nəzarət tədbiri keçiriblər. Tədbirlər zamanı Həmzəyev Kamil Rüstəm oğlunun yaşadığı ünvanda baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarının pozularaq antisanitar şəraitdə qanunsuz heyvan kəsiminin təşkil edildiyi müəyyən olunub. Baxış zamanı mənşəyi məlum olmayan, baytarlıq ekspertizasından keçməmiş və kəskin qoxuya malik 300 kiloqrama yaxın at əti aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş