AQTA və MEDİA-nın birgə keçirdiyi təlimdə jurnalistlərə sertifikatlar təqdim olunub
9 Sentyabr 2023 11:33
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı və Medianın İnkişafı Agentliyinin (MEDİA) dəstəyi ilə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təlim keçirilib. “Qida zəncirinin əsas mərhələlərindən biri olan qida məhsullarının daşınması xidmətinin tənzimlənməsi və bu sahədə ictimai nəzarətin rolu” mövzusunda təşkil olunan təlimdə 30-a yaxın jurnalist iştirak edib.
AQTA-nın fəaliyyətə başladığı dövrdən etibarən qida zəncirinin bütün mərhələləri üzrə əsas istiqamət kimi apardığı maarifləndirmə xəttinin davamı olaraq, növbəti təlim qida məhsullarının daşınması və çatdırılması xidmətlərinin tənzimlənməsi və bu sahədə ictimai nəzarətin rolu barədə jurnalistlərin peşəkarlığının, bu sahədə biliklərinin artırılması və ictimai nəzarətin gücləndirilməsi məqsədi ilə baş tutub.
Təlimin açılış hissəsində çıxış edən AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev bildirib ki, Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq, qida sahəsində dövlət tənzimlənməsi və nəzarət tədbirləri ilə bağlı ictimaiyyətin məlumatlandırılması, maarifləndirmə işi əsas strateji xətt kimi seçilib. Qida məhsullarının keyfiyyət və təhlükəsizliyinin təmin edilməsi istehlakçıların həyat və sağlamlığı baxımından olduqca vacibdir. Şöbə müdiri qeyd edib ki, məhz bu nöqteyi-nəzərdən qida zəncirinin əsas mərhələlərindən biri kimi mühüm əhəmiyyət kəsb edən qida məhsullarının daşınması ilə bağlı Agentlik tərəfindən MEDİA ilə birgə həyata keçirilən təlim ictimai nəzarətin təmin edilməsi, media nümayəndələrinin peşəkar bilik və bacarıqlarının artırılması baxımından öz töhfəsini verəcəkdir.
MEDİA-nın Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli media nümayəndələrinin peşəkarlığının yüksəldilməsi və müvafiq sahədə mütəxəssislərin hazırlanması üzrə peşəkar və sahəvi jurnalistika təlimlərinin keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Təlimlərin jurnalistlərin inkişafı üçün səmərəliliyinə toxunan N.Məmmədli AQTA tərəfindən növbəti belə tədbirin təşkil edilməsinin təqdirəlayiq hal olduğunu vurğulayıb.
Təlimdə daha sonra AQTA-nın Aparat rəhbəri Elxan Mikayılov “Qida zəncirinin mühüm mərhələlərindən biri olan qida məhsullarının daşınması və çatdırılması zamanı əməl edilməsi vacib qaydalar, qanunvericilik və Agentlik tərəfindən həyata keçirilən tənzimləmə işləri” barədə məlumat verib. Daha sonra çıxış edən natiqlər “Qida sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatı, qeydiyyatın əhəmiyyəti və sahibkarlar üçün yaratdığı imkanlar”, “Daşınma və çatdırılma zamanı aşkarlanan uyğunsuzluqlar və Agentlik tərəfindən həyata keçirilən nəzarət tədbirləri”, “Qida məhsullarının daşınması sahəsində fəaliyyətin qanunvericiliyə uyğun tənzimlənməsində ictimai nəzarətin rolu” mövzusunda təqdimatlar ediblər. Həmçinin mövzular ətrafında müzakirələr aparılıb, jurnalistlərin sualları cavablandırılıb.
Sonda təlimdə iştirak edən jurnalistlərə sertifikatlar təqdim olunub.
Oxşar xəbərlər
Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən mediada yayılan məlumat əsasında fiziki şəxs Musayev Rövşən Vahid oğluna məxsus Bakı şəhəri, Xətai rayonu, Vunqtau küçəsi, ev 23 ünvanında yerləşən çörək emalı sexində plandankənar yoxlama həyata keçirilib. Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatının olmadığı məlum olub. Həmçinin obyektdə anbar sahəsinin olmadığı, bu səbəbdən un kisələrinin emal sahəsində saxlanıldığı, çörəklərin bişirilməsi və soyudulması proseslərinin eyni sahədə həyata keçirildiyi məlum olub. Eyni zamanda istehsal olunan çörəklərin qablaşdırılmadan və etiketlənmədən qutulara yığılaraq antisanitar şəraitdə daşındığı aşkar edilib. Faktla bağlı inzibati protokol tərtib olunub, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları ADA Universiteti və Bolonya Universitetinin birgə təşkil etdiyi “Next-Gen Microbial Fermentation: Advancing Sustainable Agriculture and Healthy Food” (“Yeni nəsil mikrobial fermentasiya: Dayanıqlı kənd təsərrüfatı və sağlam qidanın inkişafı”) adlı beynəlxalq sertifikat proqramında iştirak ediblər. Bakıda nəzəri, daha sonra onlayn və İtaliyada praktiki mərhələlər olmaqla üç moduldan ibarət proqramda AQTA-nın Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdir müavini, Bitki mühafizəsi vasitələri və aqrokimyəvi maddələrin tənzimlənməsi sektorunun müdiri Cavidan Quliyev, Bitki sağlamlığı üzrə risklərin və böhran vəziyyətlərinin idarə edilməsi sektorunun müdiri Vəfa Rüstəmova və Lənkəran-Astara regional bölməsinin rəisi İrfan İsgəndərov iştirak ediblər. Proqram çərçivəsində iştirakçılar Bolonya Universitetinin laboratoriya və istixanalarında kənd təsərrüfatı mikrobiologiyası üzrə tədqiqatlarla tanış olub, üzvi və üzvi-mineral gübrələrin istehsalı proseslərini izləyiblər. Proqram çərçivəsində müvafiq qurum və müəssisələrin nümayəndələri ilə gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Təlim bitki sağlamlığı sahəsində müasir bioloji yanaşmaların və beynəlxalq təcrübənin öyrənilməsi, əldə olunan biliklərin AQTA-nın müvafiq tənzimləmə və nəzarət fəaliyyətlərində tətbiqi baxımından əhəmiyyətli olub. Proqramı uğurla başa vuran iştirakçılara hər iki universitetin sertifikatları təqdim edilib.
AQTİ vakant vəzifə üzrə işə qəbul elan edir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) regionlarda (Xaçmaz, Şamaxı, Salyan, Tovuz, Ucar, İmişli) epidemioloq vəzifəsinə peşəkar kadrları işə dəvət edir. Namizədə dair tələblər: • Ali tibbi təhsil (həkim, epidemiologiya, gigiyena və ya tibbi profilaktika ixtisası üzrə); • Qida mənşəli xəstəliklər və zəhərlənmələr üzrə araşdırma aparmaq bacarığı; • Epidemioloji nəzarət prinsipləri, xəstəliklərin yayılma dinamikası və risk analizi üsulları haqqında biliklər; • Kompüter, statistika və məlumat bazaları ilə işləmə bacarığı. Vəzifə öhdəlikləri: • Regionlarda qida mənşəli xəstəliklər və kütləvi zəhərlənmə hadisələri üzrə epidemioloji araşdırmalar aparmaq; • Epidemioloji məlumatları toplamaq, emal etmək, təhlilini aparmaq və hesabatlarını hazırlamaq; • Qida zəncirinin müxtəlif mərhələlərində yoluxucu xəstəliklərin yayılma risklərini qiymətləndirmək; • Laborator nəticələrlə epidemioloji məlumatları inteqrasiya və interpretasiya etmək; • Epidemioloji nəzarət və erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq; • Qida təhlükəsizliyi sahəsində epidemioloji risklərin idarə olunması üzrə təlimat və tövsiyələr hazırlamaqda iştirak etmək. Əlavə məlumatlar: Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Epidemioloq” qeyd edərək hr@afsa.gov.az ünvanına göndərmələri xahiş olunur. Son müraciət tarixi: 02.11.2026
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
AQTA sədri bioloji aktiv qida məhsulları istehsal edən müəssisənin fəaliyyəti ilə tanış olub
Giriş