AQTA Vyetnamda fəaliyyət göstərən və təsdiqdən keçməyən qida obyektlərindən məhsul idxalına məhdudiyyətin tətbiqi ilə bağlı xəbərdarlıq edib
31 Oktyabr 2023 14:56

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xarici ölkələrdə fəaliyyət göstərən və məhsulları respublikamıza idxal edilən qida obyektlərinin təsdiqi prosesini və bu istiqamətdə müvafiq tədbirləri davam etdirir.
Bu çərçivədə Agentlik tərəfindən Vyetnamın səlahiyyətli dövlət qurumları olan Kənd Təsərrüfatı və Kənd İnkişaf, Səhiyyə, Sənaye və Ticarət nazirliklərinə məktub göndərilib. Məktubda bildirilib ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, respublikamıza heyvan mənşəli qida məhsullarını ixrac etmək niyyətində olan xarici qida subyektləri Agentlik tərəfindən təsdiqlənməlidir. Sözügedən məhsulların istehsal edildiyi və emal olunduğu müəssisələrin təsdiqlənməsi üçün qida subyektləri AQTA-ya müraciət etməlidirlər. Həmin obyektlərdə yerində və ya videoinspeksiya formatında qiymətləndirmə həyata keçirilməlidir. Məktubda qeyd olunub ki, 2023-cü il 1 noyabr tarixindən etibarən müvafiq qaydada təsdiq edilməmiş Vyetnamdakı müəssisələrdən Azərbaycana qida məhsullarının gətirilməsinə məhdudiyyət tətbiq olunacaqdır.
AQTA bir daha ölkəmizə qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edərək bildirir ki, müvafiq qanunvericiliyin tələbinə əsasən, təsdiq üçün müraciət etməyən şirkətlərin xüsusi risk qrupuna daxil olan baytarlıq nəzarətinə aid qida məhsullarını idxal etməsi mümkün olmayacaq
Oxşar xəbərlər

Türkiyədən qida məhsulları idxal edən sahibkarlarla görüş keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində ölkəmizə Türkiyə Respublikasından qida məhsulları idxal edən sahibkarlarla görüş olub.

Təsdiqdən keçməyən xarici qida obyektlərindən qida məhsullarının idxalı 1 yanvar 2024-cü ildən dayandırılacaq!
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin təsdiqi prosesini davam etdirir. Eyni zamanda, bu vaxtadək Agentliyə təsdiq üçün müraciət etməyən müəssisələrlə bağlı ciddi tədbirlərin görülməsi nəzərdə tutulur.

“İndyuşkin Dvor” MMC-nin istehsalı olan dondurulmuş hinduşka əti məhsulunun idxalına qadağa qoyulub
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
