AQTA yanında İctimai Şuranın iclası keçirilib
28 Yanvar 2022 16:57
Yanvarın 27-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın növbəti iclası keçirilib.
İclasda cari məsələlərin müzakirəsi ilə yanaşı, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası və bu sahədə həyata keçirilən tədbirlər müzakirə olunub. AQTA-nın Aparat rəhbəri Elxan Mikayılov təqdimatla çıxış edərək Şura üzvlərinə Dövlət Proqramının icrası ilə bağlı görülmüş işlər, həmçinin qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verib. Tədbirdə istehlakçılar arasında sağlam qidalanmanın təşviqi, İctimai Şura tərəfindən bir sıra mövzularda maarifləndirmə işlərinə dəstəyin göstərilməsi və ictimaiyyətə zəruri tövsiyələrin verilməsinin vacibliyi diqqətə çatdırılıb.
Qeyd edək ki, İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.
Oxşar xəbərlər
AQTA sədri süd və süd məhsullarının emalı zavodunda olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli avqust ayının 14-də Kürdəmir rayonunda yerləşən “Azərsüd” MMC-nin fəaliyyəti ilə tanış olub. AQTA sədri müəssisədə südün qəbulu və emalı proseslərini izləyib, laboratoriyaya, həmçinin “Azərsüd” əmtəə nişanlı süd və kərə yağı istehsalı sahələrinə baxış keçirib. Müəssisə rəhbərliyi tərəfindən istehsal sahələrində həyata keçirilən işlər, istehsal proseslərinin təşkili, tətbiq olunan texnologiyalar və qida təhlükəsizliyi tələblərinin təmin olunması istiqamətində görülən tədbirlər barədə məlumat verilib.
AQTA sədri Qoşqar Təhməzli “ATS Food” MMC-nin fəaliyyəti ilə tanış olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli avqust ayının 13-də “ATS Food” MMC-nin “Bismak” əmtəə nişanlı istehsal xəttinin fəaliyyəti ilə tanış olub. Müəssisədə istehsal prosesinin müxtəlif mərhələləri, tətbiq olunan texnologiyalar, unlu qənnadı və digər qənnadı məmulatlarının emalı və qablaşdırılması proseslərini izləyib.
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyinin təmin olunması, baytarlıq-sanitariya və sanitariya-gigiyena qaydalarına əməl olunmasına nəzarət məqsədilə respublika üzrə fəaliyyət göstərən kəsim məntəqələrində növbəti monitorinqlər həyata keçirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş