AQTİ-də ölkənin biotəhlükəsizlik statusunun daim nəzarətdə saxlanılması üçün sınaqlar həyata keçirilir
16 Fevral 2024 12:53
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyaları biotəhlükəsizliyin təmin olunmasında xüsusi rol oynayır.
İnstitutun nəzdindəki beynəlxalq standartlara cavab verən 2-ci səviyyəli biotəhlükəsizlik laboratoriyaları paytaxt Bakıda və bölgələrdə fəaliyyət göstərir. Stasionar laboratoriyalarla yanaşı, səhra və səyyar tipli biotəhlükəsizlik laboratoriyaları da mövcuddur. Bu da xüsusi təhlükəli və ya zoonoz xəstəliklərin alovlanması zamanı hadisə yerində müayinələrin operativ şəkildə aparılmasında, həmçinin qabaqlayıcı və nəzarət tədbirlərinin görülməsində əvəzsiz rol oynayır.
Ölkədə biotəhlükəsizlik statusunun daim nəzarətdə saxlanılması məqsədilə laboratoriyalarda aparılan sınaqlar zamanı təcrid edilmiş xəstəlik törədicilərinin ştamları və genetik materialları AQTİ-nin Ştamlara nəzarət sektorunun daxilində təsis olunmuş kolleksiyada saxlanılır. Kolleksiyanın təsis edildiyi laboratoriya otaqları Ümumdünya Səhiyyə Təşkilatı və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələb və tövsiyyələri nəzərə alınaraq müvafiq biotəhlükəsizlik səviyyəsinə uyğunlaşdırılıb. Kolleksiya ştamlardan laborator diaqnostikada, müxtəlif elmi tədqiqatlarda və gələcəkdə bioloji preparatların hazırlanmasında istifadəni təmin etmək məqsədilə yaradılıb. Ştam kolleksiyasında saxlanılan bioloji materiallara nəzarətin təmin olunması üçün Ştamlara Elektron Nəzarət Sistemindən istifadə edilir. Elektron sistemdə yaradılmış məlumat bazası üzərindən ştamların ümumi siyahısını, yararlılıq müddətini, aparılan bütün diaqnostik prosesləri izləmək və hesabatlar hazırlamaq mümkündür.
Qeyd edək ki, biotəhlükəsizlik laboratoriyaları insan, heyvan və ətraf mühit üçün təhdid törədən yoluxucu, xüsusi təhlükəli və zoonoz xəstəliklərin təhlükəsiz və çevik şəkildə diaqnostikasını aparmaq və bu istiqamətdə tədqiqat işlərini həyata keçirmək üçün təsis olunub.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş