AQTİ-də “Qida subyektlərinə dair gigiyena tələbləri” mövzusunda təlim keçirilib
5 İyun 2024 15:31
![AQTİ-də “Qida subyektlərinə dair gigiyena tələbləri” mövzusunda təlim keçirilib](https://afsa.gov.az/resized/resize649/center/pages/9132/1-0.jpg)
![AQTİ-də “Qida subyektlərinə dair gigiyena tələbləri” mövzusunda təlim keçirilib](https://afsa.gov.az/resized/resize649/center/pages/9132/2.jpg)
![AQTİ-də “Qida subyektlərinə dair gigiyena tələbləri” mövzusunda təlim keçirilib](https://afsa.gov.az/resized/resize649/center/pages/9132/3.jpg)
![AQTİ-də “Qida subyektlərinə dair gigiyena tələbləri” mövzusunda təlim keçirilib](https://afsa.gov.az/resized/resize649/center/pages/9132/4.jpg)

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə keçirilən təlimləri davam etdirir.
AQTİ-nin mütəxəssisləri tərəfindən qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin rəhbər heyəti və əməkdaşları üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim keçirilib.
Təlimdə qida subyektlərinin nümayəndələrinə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu qanundan irəli gələn tələblər haqqında ətraflı məlumat verilib. İştirakçılar müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumatlandırılıb.
İnteraktiv formada təşkil edilən təlimin sonunda müzakirələr aparılıb və iştirakçıların mövzu ilə bağlı bilik səviyyəsi qiymətləndirilib.
Qeyd edək ki, AQTİ tərəfindən “Qida sahəsində gigiyena tələbləri” və digər mövzularda keçirilən təlimlərdə iştirak etmək istəyən sahibkarlıq subyektləri "1003 – Çağrı Mərkəzi"nə zəng edərək ətraflı məlumat ala bilərlər.
Oxşar xəbərlər
![AQTİ-də “Qida məhsullarının izlənilməsi” mövzusunda növbəti təlim keçiriləcək](https://afsa.gov.az/resized/resize224/center/pages/9332/whatsapp-image-2024-07-15-at-115153.jpg)
AQTİ-də “Qida məhsullarının izlənilməsi” mövzusunda növbəti təlim keçiriləcək
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə keçirilən təlimləri davam etdirir.
![Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür](https://afsa.gov.az/resized/resize224/center/pages/9330/whatsapp-image-2024-07-15-at-105609.jpg)
Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
![Lerikdə fəaliyyət göstərən kafedə istehlaka yararsız məhsullar aşkarlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9329/yeni.jpg)
Lerikdə fəaliyyət göstərən kafedə istehlaka yararsız məhsullar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Lerik şəhəri, C.Şahıyev küçəsində fəaliyyət göstərən, fiziki şəxs Mirzəyev Elçin Hüseynbala oğluna məxsus “El Üçün” kafesində keçirilmiş planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
![AQTA bioloji aktiv qida məhsullarının qeydiyyatına başladı](https://img.youtube.com/vi/ZD6Dt0TQg58/hqdefault.jpg)