AQTİ əməkdaşı Ankarada keçirilən beynəlxalq tədbirdə iştirak edib
29 Noyabr 2024 14:29
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşəbbüsü və Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Kənd Təsərrüfatı Tədqiqatları və Siyasətləri Baş idarəsinin (TAGEM) təşkilatçılığı ilə Ankara şəhərində “Mərkəzi Asiya və Qafqazda bitki sağlamlığı mövzusu da daxil olmaqla tətbiqi kənd təsərrüfatı tədqiqatları və innovasiyalar üçün platformanın işlənib hazırlanması” adlı layihənin yekun seminarı keçirilib.
2024-cü il 28-29 noyabr tarixlərində baş tutan beynəlxalq seminarda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutun Elmi Araşdırmalar Mərkəzinin Bitki sağlamlığı və risklərin qiymətləndirilməsi şöbəsinin müdiri Eldar Mustafayev iştirak edib. Seminarda ölkəmizlə yanaşı, Türkiyə, Moldova, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan respublikalarının elm adamları və mütəxəssisləri də iştirak ediblər.
Tədbir çərçivəsində təsbit olunan razılaşmaya dair iş planında regionda bitki sağlamlığı sahəsi üzrə prioritetlərin, kənd təsərrüfatı tədqiqatlarının tələblərinin müəyyən edilməsi, Mərkəzi Asiya və Cənubi Qafqaz regionu ölkələri üçün aqrar tədqiqatlar sahəsində əməkdaşlığın layihə strukturu və platformasının işlənib hazırlanması kimi məsələlər müzakirə olunub. Region ölkələrinin bitki sağlamlığı sahəsində araşdırma potensialı nəzərdən keçirilib, həmçinin qarşılıqlı əməkdaşlıq və sahə üzrə prioritetlər müəyyənləşdirilib.
Daha sonra birgə icra üçün niyyət məktubu və texniki tapşırıq sənədi hazırlanıb.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş