AQTİ əməkdaşları ÜHST-nin Tvinninq layihəsi çərçivəsində İtaliyada olub
5 Avqust 2022 14:57
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşlarının peşəkarlığının yüksəldilməsi, səriştəliliyinin artırılması məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri inkişaf etdirilir. İnstitut mütəxəssisləri mütəmadi olaraq xarici ölkələrdə keçirilən təlimlərə qatılır, təcrübə mübadiləsi aparırlar.
Bu ilin 25-29 iyul tarixlərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Laboratoriya Tvinninq Layihəsinin heyvanlarda zəhərlənmə müayinələrinin aparılmasına dəstək fəaliyyəti çərçivəsində İnstitutun əməkdaşları İtaliya Respublikasının Teramo şəhərində yerləşən Abruzzo e del Molise Giuseppe Caporale Eksperimental Zooprofilaktika İnstitutunda (IZSAM) olublar.
Səfər çərçivəsində İnstitut mütəxəssisləri heyvan zəhərlənməsi hallarının baytar həkimlər tərəfindən müayinəsinin nümayişi və ən çox rastlanan zəhərli maddələrin asan idetifikasiyası haqqında məlumat verilməsi, nümunə qəbulundan sonrakı 48 saat ərzində müvafiq qurumlara verilən hesabatın ətraflı izahı, eləcə də 3 fərqli metoddan yararlanmaqla, 45 zəhərli kimyəvi tərkibli maddənin müayinəsi prosesində iştirak ediblər.
Qeyd edək ki, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə AQTİ nəzdindəki laboratoriyalarının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mütəmadi olaraq zəruri tədbirlər görülür.
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş