AQTİ ilə Latviyanın Qida təhlükəsizliyi, Heyvan sağlamlığı və Ətraf mühit İnstitutu arasında yeni əməkdaşlıq istiqamətləri müəyyən olunub
26 May 2022 11:59
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Latviya Respublikasının Qida təhlükəsizliyi, Heyvan sağlamlığı və Ətraf mühit İnstitutu (BIOR) arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandumda tərəflər arasında əməkdaşlığın bir çox istiqamətləri öz əksini tapıb. Buraya ət, süd və balıq müəssisələrində istehsalın bütün mərhələlərində laboratoriya müayinələrinin aparılması üçün mütəxəsiss hazırlığı, heyvanların təhlükəli xəstəliklərinin və qida infeksiyalarının elmi-risk qiymətləndirilməsi, yoluxucu xəstəliklərin sürətli diaqnostikası kimi məsələlər daxildir. Sənəd, həmçinin rezistent mikroorqanizmlərin serotipləndirilməsi və sekvenasiyası, metodlar və müayinələr üzrə təcrübə mübadiləsi, eləcə də mikroorqanizmlərin genetik xüsusiyyətlərinin öyrənilməsi kimi əməkdaşlıq istiqamətlərini də əhatə edir.
Bundan əlavə, tərəflər mikrob kolleksiyasında mikroorqanizmlərin uzunmüddətli saxlanma şəraitinin öyrənilməsi, metodların validasiyası və verifikasiyası üzrə bilik mübadiləsi, qida və heyvan xəstəlikləri risk qiymətləndirilməsi və qarşılıqlı maraq kəsb edən digər sahələr üzrə də əməkdaşlıq edəcəklər.
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş