AQTİ işə qəbul üçün vakansiya elan edir
23 İyun 2022 11:09


Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) peşəkar kadrları Lənkəran və Xaçmaz sınaq laboratoriyalarında işə dəvət edir. Xaçmaz Regional Sınaq Laboratoriyası üzrə entomoloq, fitohelmintoloq, herboloq, virusoloq, mikoloq, bakterioloq, virusoloq, molekulyar bioloq, laborant, keyfiyyətə nəzarət üzrə mütəxəssis, nümunə qəbulu üzrə mütəxəssis, kimyaçı vakansiyaları üzrə kadrlara ehtiyac var. Lənkəran Regional Sınaq Laboratoriyasına isə bioloq və mikrobioloq tələb olunur.
Müvafiq ixtisasa sahib, Xaçmaz rayonu və Lənkəran şəhərində işləməyə razı olan, yaxud yaşayış yeri həmin ərazilərə yaxın yerləşən, karyera hədəfləri üçün iş imkanlarını dəyərləndirmək, yüksək əmək haqqı təkliflərindən yararlanmaq istəyən namizədlər işə qəbul üçün müraciət edə bilərlər.
İşə qəbul müsahibə əsasında aparılacaq. Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu yerinə “Xaçmaz” və ya “Lənkəran” yazaraq, hr.aqti@afsa.gov.az e-poçt ünvanına göndərə bilərlər.
Tələblərə cavab verən namizədlər CV-ləri təhlil ediləndən sonra müsahibəyə dəvət olunacaqlar. Əlaqə nömrəsi: +994 12 377 00 20 (daxili 530).
Oxşar xəbərlər

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
