AQTİ laboratoriyaları biotəhlükəsizliyin təmin olunmasında xüsusi rol oynayır
14 Fevral 2024 11:03
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) ölkənin biotəhlükəsizlik statusunun daim nəzarətdə saxlanması üçün xüsusi təhlükəli xəstəliklərin çevik şəkildə laborator diaqnostikası həyata keçirilir.
Belə ki, AQTİ-nin bütün ölkəni əhatə edən, müasir maddi-texniki bazaya malik laboratoriyalarında peşəkar kadrlar tərəfindən aparılan sınaqlar sayəsində respublikaya idxal olunan bitki və heyvan mənşəli qida məhsullarında bioloji təhlükələr vaxtında aşkarlanır və müvafiq tədbirlər görülür. Bundan əlavə, İnstitutun heyvan və bitki sağlamlığı sahələrində fəaliyyət göstərən səhra və səyyar laboratoriyalarının imkanlarından istifadə edilərək ölkənin ən ucqar dağ kəndlərində belə, nümunələrin yerində müayinəsi, xəstəliklərin zamanında aşkarlanması və sanitar epidemioloji vəziyyətin sabitliyinin təmin olunması mümkündür.
Qeyd edək ki, hazırda dünyada biotəhlükəsizliklə bağlı məsələlər daha çox əhəmiyyət kəsb edir. Belə ki, beynəlxalq ticarətdə çeşidlilik və həcmin artması, eləcə də ekologiya və kənd təsərrüfatı təcrübələrinin dəyişməsi heyvan, bitki və onların məhsullarında mövcud olan xəstəliklərin yayılmasına, həmçinin bir regiondan digərinə ötürülməsinə əlverişli şərait yaradır. Dünyada biotəhlükəsizlik sahəsində vahid yanaşma prinsipi ölkələri öz nəzarət strategiyalarını beynəlxalq standartlar əsasında qurmağa təşviq edir. Beynəlxalq standartlar əsasında fəaliyyət göstərən laboratoriya şəbəkəsinin olması isə biotəhlükəsizliyin təmin edilməsində əvəzsiz rol oynayır. Bu baxımdan ölkəmizdə biotəhlükəsizliyin təmin olunması istiqamətində aparılmış islahatlardan ən önəmlisi özündə qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığını təmin edən müasir standartlara uyğun laboratoriya şəbəkəsinin mövcud olmasıdır.
Onu da bildirək ki, biotəhlükəsizlik insan, heyvan və bitki sağlamlığı, eləcə də ətraf mühit üçün təhdid törədən müvafiq risklərin idarə edilməsi üçün vahid yanaşmanı əhatə edir. Bu yanaşma özündə irimiqyaslı ictimai sağlamlıq aspektlərini, qida təhlükəsizliyini, zoonoz xəstəlikləri, bitki xəstəliklərini, eləcə də zərərvericilərə məruzqalmanı, canlı orqanizmlərin modifikasiyasını və ətraf mühitin mühafizəsini ehtiva edir.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş