AQTİ laboratoriyaları Rusiyada keçirilən səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
15 Avqust 2023 12:17
Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.
Həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin bitki sağlamlığı istiqamətində fəaliyyət göstərən Mərkəzi Fitosanitar Laboratoriyası, həmçinin bu laboratoriyanın Meyvəli Karantin Ekspertiza bölməsi, eləcə də Tovuz Regional Sınaq Laboratoriyası və Xaçmaz Regional Sınaq Laboratoriyası Rusiya Federasiyasının "Ümumrusiya Bitki Karantini Mərkəzi" Federal Dövlət Büdcə Təşkilatı tərəfindən təşkil olunan laboratoriyalararası səriştəlilik sınaqlarına qatılaraq uğurlu nəticələr əldə edib. Belə ki, Mərkəzi Fitosanitar Laboratoriya tərəfindən karantin tətbiq olunan zərərli orqanizmlərdən qəhvəyi mərmər bağacığı, pomidor lağımlayıcı güvəsi, Aralıq dənizi meyvə milçəyi və Asiya giləmeyvə drozofilası zərərvericilərinin, alaq otlarından isə tikanlı quşüzümü növlərinin diaqnostikası morfoloji metodla, fitopatogen viruslardan şarka virusunun, bakteriya mənşəli bitki xəstəliklərindən üzümün bakteriozu (Pirs xəstəliyi), meyvə ağaclarının yanığı və göbələk mənşəli qonur monilioz çürümənin diaqnostikası isə molekulyar səviyyədə real zamanda PZR müayinə metodu ilə aparılıb. Tovuz Regional Sınaq Laboratoriyasında karantin tətbiq olunan zərərvericilərdən pomidor lağımlayıcı güvəsi, Xaçmaz Regional Sınaq Laboratoriyasında və Meyvəli Karantin Ekspertiza bölməsində isə karantin tətbiq edilən qəhvəyi mərmər bağacığı və pomidor lağımlayıcı güvəsi növlərinin diaqnostikası morfoloji metodla həyata keçirilib. Bütün sınaq nəticələrində 100% dəqiqlik əldə edilib.
Qeyd edək ki, Mərkəzi Fitosanitar Laboratoriya bundan əvvəl də "Ümumrusiya Bitki Karantini Mərkəzi" Federal Dövlət Büdcə Təşkilatı tərəfindən təşkil olunan laboratoriyalararası səriştəlilik sınaqlarında dörd orqanizm üzrə 100% dəqiqlik əldə edib.
Onu da bildirək ki, Azərbaycanda istehsal olunan bitkiçilik məhsulları əsasən Rusiyaya ixrac edildiyi üçün laboratoriyaların bu uğuru ölkəmizin ixrac potensialının yüksəlməsində mühüm rol oynayacaq. Bölgələrdə fəaliyyət göstərən Tovuz və Xaçmaz Regional Sınaq Laboratoriyaları ilə Meyvəli Karantin Ekspertiza bölməsinin bu nəticələri isə həm də regional laboratoriyaların səviyyəsinin yüksək olduğunu göstərir.
Oxşar xəbərlər
Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən mediada yayılan məlumat əsasında fiziki şəxs Musayev Rövşən Vahid oğluna məxsus Bakı şəhəri, Xətai rayonu, Vunqtau küçəsi, ev 23 ünvanında yerləşən çörək emalı sexində plandankənar yoxlama həyata keçirilib. Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatının olmadığı məlum olub. Həmçinin obyektdə anbar sahəsinin olmadığı, bu səbəbdən un kisələrinin emal sahəsində saxlanıldığı, çörəklərin bişirilməsi və soyudulması proseslərinin eyni sahədə həyata keçirildiyi məlum olub. Eyni zamanda istehsal olunan çörəklərin qablaşdırılmadan və etiketlənmədən qutulara yığılaraq antisanitar şəraitdə daşındığı aşkar edilib. Faktla bağlı inzibati protokol tərtib olunub, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları ADA Universiteti və Bolonya Universitetinin birgə təşkil etdiyi “Next-Gen Microbial Fermentation: Advancing Sustainable Agriculture and Healthy Food” (“Yeni nəsil mikrobial fermentasiya: Dayanıqlı kənd təsərrüfatı və sağlam qidanın inkişafı”) adlı beynəlxalq sertifikat proqramında iştirak ediblər. Bakıda nəzəri, daha sonra onlayn və İtaliyada praktiki mərhələlər olmaqla üç moduldan ibarət proqramda AQTA-nın Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdir müavini, Bitki mühafizəsi vasitələri və aqrokimyəvi maddələrin tənzimlənməsi sektorunun müdiri Cavidan Quliyev, Bitki sağlamlığı üzrə risklərin və böhran vəziyyətlərinin idarə edilməsi sektorunun müdiri Vəfa Rüstəmova və Lənkəran-Astara regional bölməsinin rəisi İrfan İsgəndərov iştirak ediblər. Proqram çərçivəsində iştirakçılar Bolonya Universitetinin laboratoriya və istixanalarında kənd təsərrüfatı mikrobiologiyası üzrə tədqiqatlarla tanış olub, üzvi və üzvi-mineral gübrələrin istehsalı proseslərini izləyiblər. Proqram çərçivəsində müvafiq qurum və müəssisələrin nümayəndələri ilə gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Təlim bitki sağlamlığı sahəsində müasir bioloji yanaşmaların və beynəlxalq təcrübənin öyrənilməsi, əldə olunan biliklərin AQTA-nın müvafiq tənzimləmə və nəzarət fəaliyyətlərində tətbiqi baxımından əhəmiyyətli olub. Proqramı uğurla başa vuran iştirakçılara hər iki universitetin sertifikatları təqdim edilib.
AQTİ vakant vəzifə üzrə işə qəbul elan edir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) regionlarda (Xaçmaz, Şamaxı, Salyan, Tovuz, Ucar, İmişli) epidemioloq vəzifəsinə peşəkar kadrları işə dəvət edir. Namizədə dair tələblər: • Ali tibbi təhsil (həkim, epidemiologiya, gigiyena və ya tibbi profilaktika ixtisası üzrə); • Qida mənşəli xəstəliklər və zəhərlənmələr üzrə araşdırma aparmaq bacarığı; • Epidemioloji nəzarət prinsipləri, xəstəliklərin yayılma dinamikası və risk analizi üsulları haqqında biliklər; • Kompüter, statistika və məlumat bazaları ilə işləmə bacarığı. Vəzifə öhdəlikləri: • Regionlarda qida mənşəli xəstəliklər və kütləvi zəhərlənmə hadisələri üzrə epidemioloji araşdırmalar aparmaq; • Epidemioloji məlumatları toplamaq, emal etmək, təhlilini aparmaq və hesabatlarını hazırlamaq; • Qida zəncirinin müxtəlif mərhələlərində yoluxucu xəstəliklərin yayılma risklərini qiymətləndirmək; • Laborator nəticələrlə epidemioloji məlumatları inteqrasiya və interpretasiya etmək; • Epidemioloji nəzarət və erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq; • Qida təhlükəsizliyi sahəsində epidemioloji risklərin idarə olunması üzrə təlimat və tövsiyələr hazırlamaqda iştirak etmək. Əlavə məlumatlar: Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Epidemioloq” qeyd edərək hr@afsa.gov.az ünvanına göndərmələri xahiş olunur. Son müraciət tarixi: 02.11.2026
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
AQTA sədri bioloji aktiv qida məhsulları istehsal edən müəssisənin fəaliyyəti ilə tanış olub
Giriş