AQTİ mütəxəssisləri ASK üzvlərinə təlim keçəcək
15 Fevral 2021 14:28
Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən əməkdaşlıq çərçivəsində ZOOM platforması üzərindən ASK üzvləri üçün silsilə təlim paketi planlaşdırılıb.
İlk mərhələ olaraq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə “İstehsal və ictimai iaşə müəssisələrində qida təhlükəsizliyi sisteminin idarə edilməsində ən yaxşı təcrübə və ümumi gigiyena qaydaları” mövzusunda vebinar keçiriləcək. Vebinarın 16 fevral 2021-ci il, saat 16:00-17:00-da keçirilməsi nəzərdə tutulub.
Seminar "Qida məhsullarının çirklənmələri və zərərvericilərlə mübarizə", "Sahə nəzarətçisinin qida keyfiyyəti ilə bağlı gündəlik yoxlamaları", "Qida məhsullarının konservləşdirilməsi", "Düzgün etiketləmə qaydası və mal qonşuğu siyasəti", "Aylıq və illik tibbi müayinələrin aparılması qaydası və periodik tibbi yoxlanışlara nəzarət sistemi", "Meyvə və tərəvəzin dezinfeksiya olunması qaydası", "Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı", "Şəxsi gigiyena qaydaları və istehsal obyektlərində sanitar-gigiyenik normaların qorunması" mövzularını əhatə edəcək.
Vebinarda AQTİ-nin Təlim və konsaltinq şöbəsinin əməkdaşı Seymur Qafarov təlimçi qismində çıxış edəcək.
Seminarda iştirak üçün qeydiyyatdan keçmək mütləqdir. Qeydiyyat üçün əlaqələndirici şəxsə ad, soyad, təmsil edilən qurum, icra edilən vəzifə,e-mail ünvanı və əlaqə nömrəsi göndərməyiniz xahiş olunur.
Qeyd edək ki, seminarda iştirak etmək üçün gərəkli zoom link ancaq qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.
Əlaqələndirici şəxs:
Elmira Balıyeva
E-mail: ebaliyeva@ask.org.az
Tel: +994 12 465 76 92 / daxili 119
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş