AQTİ mütəxəssisləri beynəlxalq standartların tətbiqi ilə bağlı təlimə cəlb edilib
15 Aprel 2021 17:55
Qida təhlükəsizliyi sahəsində kadr potensialının gücləndirilməsi, laboratoriya əməkdaşlarının peşəkarlığının artırılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssislərinin mütəmadi olaraq yerli və beynəlxalq təlimlərdə iştirakı təmin edilir.
Növbəti belə təlim AQTİ əməkdaşları tərəfindən ISO-17025:2017 beynəlxalq “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” mövzusunda İnstitutunun tabeliyində fəaliyyət göstərən region sınaq laboratoriyalarında çalışan laboratoriya mütəxəssislərinə keçirilib. Təlimdə laboratoriyalarda qarşılaşa bilinəcək risk faktorları, həyata keçirilən analizlərin keyfiyyətinə nəzarət, sınaq və ölçü vasitələrindən düzgün istifadə qaydaları, keyfiyyət idarəetmə sisteminin təşkilində sənədləşmənin əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda təlimçilər və iştirakçılar arasında mövzu ilə bağlı müzakirələr aparılıb, mütəxəssislərin sualları cavablandırılıb.
Oxşar xəbərlər
Xətai rayonunda su emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Hacıyev Şükür Asif oğluna məxsus su emalı müəssisəsində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı müəssisənin sanitar-gigiyenik və sanitar-texniki vəziyyətinin qənaətbəxş olmadığı müəyyən edilib. Eyni zamanda, istehsal sahələrində gigiyenik tələblərin pozulduğu, məhsulların etiketlərində istehsalçı, suyun mənbəyi, istehsal və son istifadə tarixləri barədə məlumatların düzgün qeyd edilmədiyi aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib olunub, qablaşdırılmış məhsullardan nümunələr götürülərək laborator müayinələrə təqdim edilib. Nöqsanlar aradan qaldırılanadək müəssisədə istehsalın dayandırılması barədə qərar qəbul edilib.
Zabratda ət emalı müəssisəsində mənşəyi məlum olmayan toyuq əti aşkarlanıb
Mediada yayılan məlumat əsasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X.Əliyev küçəsində yerləşən, fiziki şəxs Lyubimov Tahir Qəhrəman oğluna məxsus ət emalı müəssisəsində yoxlama keçirib. Müəssisənin qida təhlükəsizliyi sahəsində təsdiq olunmadan qanunsuz fəaliyyət göstərdiyi, toyuq ətlərinin müşayiətedici sənədlərinin olmadığı, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların pozulduğu aşkarlanıb. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, toyuq ətlərindən götürülən nümunələr laborator müayinələrə cəlb edilib və məhsulların dövriyyəsi qadağan edilib, nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti dayandırılıb.
“Qidanın Nəbzi”: Bazardan süfrəyədək qida təhlükəsizliyi - VİDEO
Hər gün alış-veriş etdiyimiz bazarlarda ərzaq məhsullarının təhlükəsizliyinə necə əmin ola bilərik? Məhsulların saxlanması, daşınması və satışı zamanı hansı tələblərə əməl olunmalıdır? “Qidanın Nəbzi” podkastının növbəti buraxılışında təhlükəsiz ərzaq bazarının əsas şərtlərindən, sahibkar və istehlakçıların məsuliyyətindən danışırıq.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş