AQTİ mütəxəssisləri tərəfindən kartof güvəsinin risk təhlili hazırlanıb
22 Aprel 2022 17:50
Ölkəmizdə karantin tətbiq edilən zərərli orqanizmlər üzrə risklərin idarəedilməsi məqsədilə karantin tətbiq edilən zərərli orqanizmlərin elmi risk təhlili davam etdirilir.Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən kartof güvəsinin (Phthorimaea operculella, Zeller) ekspress risk təhlili hazırlanıb. Risk təhlili xidməti istifadə üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) təqdim edilib.
Sənəddə AQTİ-nin Mərkəzi Fitosanitar laboratoriyasına 2019-cu ildə daxil olan nümunələrin 3-də, 2020-ci ildə daxil olan nümunələrdən 2-də, 2021-ci ildə 24 nümunədə, 2022-ci ildə isə 1 nümunədə kartof güvəsinin aşkarlandığı, həmçinin Azərbaycanda son illər Samux, Şəmkir, Tovuz, Cəlilabad, Masallı, Lənkəran və Astara rayonlarında kartof güvəsinə rast gəlindiyi qeyd olunur.
Kartof güvəsi 1873-cü ildə kartofun mənşə mərkəzi olan Cənubi Amerikanın tropik dağlıq bölgələrində yayılıb. EPPO-nun A2 siyahısından silinməsinə baxmayaraq, kartof güvəsi Rusiya və digər keçmiş sovet respublikalarında karantin zərərvericisi hesab olunur. İlk dəfə SSRİ-də 1938-ci ildə Potidə (indiki Gürcüstan ərazisində) təyin edilib, lakin iki il ərzində zərərverici tamamilə məhv edilib. Kartof güvəsi kosmopolit növ olduğundan xüsusən də, sahib bitkiləri olan bölgələrdə Ukrayna, Moldova, Rusiya, Gürcüstan, Azərbaycan, Əfqanıstan, İran, İraq, Koreya, Çin, Pakistan, Türkiyə və s. ölkələrdə geniş yayılıb.
Kartof güvəsinin əsas sahib bitkiləri kartof (Solanum tuberosum), pomidor (Solanum lycopersicum) və tütün bitkiləridir (Nicotiana tabacum). Bunlardan əlavə badımcan (Solanum melongena), bibər (Capsicum annuum), şəkər çuğunduru (Beta vulgaris L.) və s. bitkiləri də sirayətləndirir. Güvə ən çox kartof bitkisinə ziyan vurur, zərərverici 25-80 % məhsul itkisinə səbəb olur. Kəpənəklər erkən yazda qısa məsafələrə uçmaqla yayılır. Anbar və digər saxlanma yerlərində il boyu çoxala bilirlər. Zərərverici yumurta, sürfə və pup mərhələsində yoluxmuş kartof yumrularının daşınması və əkilməsi yolu ilə də yayılır.
Araşdırmalara görə, güvə ildə 3-8 nəsil verir. Hindistanda ildə 13-ə qədər, Azərbaycanda isə il ərzində 5-6 nəsil verməsi ehtimal edilir.
Güvənin anbarlarda yaşaması üçün kifayət qədər yüksək temperatur varsa, kök yumrularının sirayətləndiyini aşkar etmək üçün həmin sahədə müntəzəm yoxlamalar aparılmalıdır. Kartof anbarlarında saxlanılan sağlam kartof yumrularının sirayətlənməsinin qarşısını almaq üçün anbarın pəncərələrinə güvələrin keçməməsi üçün qoruyucu tor bərkidilməsinə, anbara sirayətlənmiş kartof kisələrinin və bitki materiallarının qoyulmamasına, anbar boşaldıqdan sonra təmizlənməsinə və fumiqasiyasına diqqət yetirilməlidir. Bu zərərverici 10ºC-dən aşağı temperaturda inkişaf etmədiyi üçün belə depolarda hər hansı fumiqasiya prosesinin aparılmasına ehtiyac yoxdur.
Oxşar xəbərlər
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilmiş yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində ictimai iaşə müəssisələrində aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Fiziki şəxs Rəhimov Fərid Mübariz oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 18A ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 2. Fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18/3 (93 saylı mağaza) ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 3.Fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 37C ünvanında yerləşən “Halva” kafesi;
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib. Yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb. Hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş