AQTİ mütəxəssisləri tərəfindən sahibkarlara növbəti təlim keçiriləcək
29 Mart 2021 17:23
Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən əməkdaşlıq çərçivəsində onlayn formatda ASK üzvləri üçün silsilə təlimlər davam etdirilir.
Əməkdaşlıq çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən ASK üzvlərinə “HACCP prinsipləri” mövzusunda vebinar keçiriləcək. Vebinarın 30 mart 2021-ci il, saat 16:00-17:00-da keçirilməsi nəzərdə tutulub.
Vebinarda AQTİ-nin Təlim və konsaltinq şöbəsinin əməkdaşı Seymur Qafarov təlimçi qismində çıxış edəcək. Vebinar "Müəssisədə layihələndirmə, işıqlandırma və havalandırma sisteminə dair tələblər", "Xammalın, hazır qida məhsullarının, taranın, qabların təhlükəsizliyinə və keyfiyyətinə olan tələblər", "Düzgün daşınma və saxlanma qaydaları", "Bina və digər obyektlərində istifadə olunan avadanlıqların obyektin yerləşmə planına uyğun olaraq dizaynı, mühəndisliyi və quraşdırılması” mövzularını əhatə edəcək.
Seminarda iştirak üçün qeydiyyatdan keçmək və ad, soyad, təmsil edilən qurum, icra edilən vəzifə, e-mail ünvanı və əlaqə nömrəsini əlaqələndirici şəxsə (Elmira Balıyeva, e-mail: ebaliyeva@ask.org.az, tel: +994 12 465 76 92 / daxili 119) göndərmək mütləqdir. Qeyd edək ki, seminarda iştirak etmək üçün məlumat linki yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.
Oxşar xəbərlər
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
Cüdo üzrə Dünya Çempionatında qida təhlükəsizliyinə ciddi nəzarət edilir-VİDEO
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəmizdə keçirilən bütün beynəlxalq və kütləvi tədbirlərdə olduğu kimi, Cüdo üzrə Dünya Çempionatı zamanı da qida təhlükəsizliyinin təmin olunmasına ciddi nəzarət edir. Çempionat çərçivəsində AQTA-nın 17 əməkdaşı yarışın keçirildiyi ərazidə və iştirakçıların yerləşdiyi otellərdə qida məhsullarının saxlanılması, hazırlanması və təqdim olunması proseslərini, eləcə də sanitar-gigiyenik tələblərə riayət edilməsini nəzarətdə saxlayır.
“Həbibli-1” MMC-yə məxsus bazarda yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, “Həbibli-1” MMC-yə məxsus bazarda yoxlama keçirilib. Bazarda sanitariya norma və qaydalarının, eləcə də texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Baxış zamanı ət, süd və balıq məhsullarının temperatur rejiminə əməl edilmədiyi, müşayiətedici sənədləri və mənşəyi məlum olmayan məhsulların satışa çıxarıldığı, məhsulların saxlanılması üçün xüsusi soyuducuların təmin edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər ciddi nöqsanlar aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş