
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə bitkiçilik təsərrüfatlarında fitosanitar tədbirləri davam etdirir.

Cari ilin 8 may tarixində 12 ticarət və 17 ictimai iaşə müəssisəsində monitorinq keçirilib. Monitorinqlər zamanı 12 ticarət və 17 ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.

2024-cü il 7 may tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Masallı, Lənkəran, Ağcabədi rayonlarında fəaliyyət göstərən 12 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun təşəbbüsü ilə həyata keçirilən SOVQAT layihəsi davam etdirilir. Layihə çərçivəsində təşkil olunan növbəti “Peşəkarlarla görüş” “Qida sahəsində gigiyena tələbləri” mövzusuna həsr edilib.

Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 2 ünvanında fəaliyyət göstərən “Təbriz (Xırda)” bazarında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.

COP29 tədbiri ilə bağlı Agentliyin strukturuna daxil olan bölmələrdə çalışan əməkdaşlar üçün növbəti onlayn təlim təşkil edilib. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən keçirilən təlim "Qida tullantılarının idarə olunması" mövzusunda olub.

Azərbaycan Respublikasının Qida Təhlükəsiziyi Agentliyi tərəfindən Türkiyə Respublikasının qida obyektləri üzrə təsdiq sisteminin ekvivalentliyi qismən tanınıb. Bununla bağlı AQTA qərar qəbul edib.

Cari ilin 7 may tarixində 24 ticarət və 22 ictimai iaşə müəssisəsində monitorinq keçirilib. Monitorinqlər zamanı 24 ticarət və 22 ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

Cari ilin 3-6 may tarixlərində 55 ticarət və 42 ictimai iaşə müəssisəsində monitorinq keçirilib. Monitorinqlər zamanı 51 ticarət və 42 ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində peşə təhsili müəssisələrində təhsil alan tələbələr üçün növbəti təlimlərə başlanıb.