
"Met Farm Az" MMC-nin Türkiyə Respublikasından ölkəmizə idxal etdiyi Avstriya mənşəli ümumi çəkisi 960 kq olan 48 ədəd “Dermapre F” əmtəə nişanlı baytarlıq preparatlarından Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida zəhərlənmələrinə dair yeni videoçarx hazırlanıb.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən qida subyektlərinin əməkdaşları üçün növbəti maarifləndirici təlim “Qida məhsullarının izlənilməsi” mövzusunda təşkil edilib.

Daxil olmuş vətəndaş müraciəti əsasında Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində fəaliyyət göstərən pendir sexində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.

Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən "Z.N.Y" MMC-nin Türkiyə Respublikasından idxal etdiyi “Kaanlar Gida San. və Tic. A.Ş.” müəssisəsinin istehsalı olan ümumi çəkisi 720 kq “Kaanlar” əmtəə nişanlı mozarella pendiri məhsulu partiyasından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

AQTA ilk dəfə dövlət qulluğuna qəbul olunmuş, habelə Agentliyin fəaliyyət istiqamətləri üzrə bilavasitə dövlət nəzarətini həyata keçirən əməkdaşlarına “Antikorrupsiya qanunvericiliyi və etik davranış qaydaları” və “Korrupsiya riskləri və onların idarə olunması” mövzularında təlim keçirilib.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Şirvan-Salyan, Dağlıq Şirvan, Mil-Muğan, Mərkəzi Aran və Quba-Xaçmaz iqtisadi rayonları üzrə işə qəbul elan edir.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən fiziki şəxs İsrafilov Asif Loğman oğlunun Suriyadan ölkəmizə idxal etdiyi "Alpharabi for Veterinary Medicine & Agricultural İndustries" firmasının istehsalı olan 8846 ədəd müxtəlif adda baytarlıq preparatlarından nümunələr götürərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisinə başqa dövlətlərdən zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısının alınması məqsədilə nəzarət tədbirlərini davam etdirir.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu qida sahəsində fəaliyyət göstərən ictimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqinin müəyyənləşdirilməsinə start verib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida sahəsində fəaliyyət göstərən iri sahibkarlıq subyektlərində Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri sisteminin tətbiqi tam təmin olunub.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri çərçivəsində İran İslam Respublikasından dxal olunan bəzi qida məhsulları ilə bağlı bu ölkəyə bildiriş göndərilib.