
AQTİ-nin mütəxəssisləri tərəfindən sahibkarlıq subyektlərinin əməkdaşları üçün növbəti təlim “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təşkil olunub.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi “Vahid Sağlamlıq” konsepsiyası ilə bağlı müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir və bununla əlaqədar hazırlanan Tədbirlər Planı icra olunur.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Şamaxı Regional Sınaq Laboratoriyasında torpaqda pestisid qalıqlarının, ağır metalların, mikro və makroelementlərin təyini, suvarma suyu və aqrokimyəvi maddələrdə kimyəvi-toksikoloji müayinələrin həyata keçirilməsi üçün nümunələr qəbul edilir.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda ölkənin biotəhlükəsizlik statusunun daim nəzarətdə saxlanması üçün xüsusi təhlükəli xəstəliklərin çevik şəkildə laborator diaqnostikası həyata keçirilir.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Polşa Respublikasının Velikopolsk inzibati ərazisində və Slovakiya Respublikasının Bratislava diyarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi və Fövqəladə Hallar Nazirliyi ilə birgə ətyeyən vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılır.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda qida zəncirinin bütün mərhələləri üzrə yeni fəaliyyətə başlayan sahibkarlıq subyektləri üçün ödənişsiz təlimlər keçiriləcək.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 19-29 fevral tarixlərində ölkədə brusellyoza qarşı epizootoloji vəziyyətin sabitliyinin təmin edilməsi məqsədilə seroloji monitorinqlər keçiriləcək.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda ilk dəfə olaraq fitosanitar sahədə fəaliyyət göstərəcək yeni Çadır tipli Səyyar Fitosanitar Laboratoriya işə başlayıb.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Amerika Birləşmiş Ştatlarının İndiana ştatında, Almaniya Federativ Respublikasının Hessen vilayətində, həmçinin Slovakiya Respublikasının Nitra diyarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi sahəsindəki vəziyyətə həsr olunan videoçarx “Yeni videolar Kodeks Etimad Fondunun təsirlərini nümayiş etdirir” sərlövhəli məqalə ilə birlikdə Kodeks Alimentariusun veb-saytında yayımlanıb.