
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli fevralın 2-si saat 10:00-da Şamaxı Rayon İcra Hakimiyyətində Şamaxı, Ağsu, İsmayıllı, Qobustan rayonlarından olan vətəndaşları qəbul edəcək.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqları davam etdirilir. Bu çərçivədə İnstitutun həyata keçirdiyi növbəti, bərk pendir məhsulunda zülal, yağlılıq və quru maddə parametrləri üzrə səriştəlilik sınağının nəticələri məlum olub.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin rəhbəri Sergey Dankvert arasında videokonfrans formatında görüş olub.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Macarıstanın Şomod inzibati ərazi vahidində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə keçirilmiş epizootoloji monitorinqlərin nəticələrini açıqlayıb.

AQTİ-nin mütəxəssisləri tərəfindən sahibkarlıq subyektlərinin əməkdaşları üçün növbəti təlim “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təşkil olunub.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasını davam etdirir.

AQTİ mütəxəssisləri tərəfindən növbəti təlim “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təşkil olunub. Təlim “Baku Winter Park” MMC-ə məxsus “Courtyard by Marriott” mehmanxanasının qida sahəsində fəaliyyət göstərən əməkdaşları üçün keçirilib.

AQTİ İnformasiya texnologiyaları və innovativ həllər departamentində çalışmaq üçün data analitik, operativ əməliyyatların monitorinqi və izlənməsi üzrə mütəxəssis, biznes analitikası üzrə mütəxəssis, aparıcı proqramçı, baş proqramçı, proqramçı və informasiya texnologiyaları infrastrukturu üzrə texnik vəzifələrinə peşəkar kadrları işə dəvət edir.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Liviya Dövlətinin Misrata dairəsində dabaq, Moldova Respublikasının Rışkanı və Dubısаri rayonlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun kollektivi 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar yanvarın 20-də Şəhidlər xiyabaanını ziyarət edib.