AQTİ-nin Milli Referens Laboratoriyasında qida məhsullarında pestisidlərin qalıq miqdarının təyini yüksək peşəkarlıqla analiz olunur
6 Dekabr 2022 10:52


Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Milli Referens Laboratoriyasında beynəlxalq metodlardan istifadə edilərək pestisidlərin qalıq miqdarının təyini sınaqları həyata keçirilir. Mərkəzləşmiş Nümunə Qəbulu Məntəqəsinə təqdim edilən meyvə-tərəvəz məhsullarında müxtəlif qruplara aid pestisidlərin qalıq miqdarı təyin olunması üçün Milli Referens Laboratoriyasına təhvil verilir.
Müayinə beynəlxalq EN 15662,AOAC 2007.01 metodlarına uyğun aparılır. Müayinələrin keyfiyyətinə nəzarəti təmin etmək məqsədilə analitik standartlardan, standart və sertifikatlı referans materiallardan istifadə ilə sınaqların düzgünlüyü və dəqiqliyi təmin olunur. Nümunələr QUECHERS üsulu ilə ikimərhələli hazırlıq prosesindən keçirilir. Birinci mərhələdə nümunələr homogen hala gətirilərək həlledicilər vasitəsilə ekstaksiya olunur. Sonra bərk fazalı ekstaksiya mərhələsindən keçirilir. Hazır nümunələr pestisidlərin təyinatından asılı olaraq, yüksək həssaslığa malik pestisid qalıqlarının ən aşağı miqdarını mikroqram səviyyəsində belə dəqiqliklə təyin etməyə imkan yaradan mass detektorlu LC/MS/MS 8045 ikiqat kütlə spektrofotometrli maye xromatoqrafı və GC/MS QP 2010 qaz xromatoqrafı cihazında müayinə olunur.
Qida məhsullarında pestisidlərin qalıq miqdarının təyini sınaqları Azərbaycanda qüvvədə olan normativ texniki sənədlərlə yanaşı, Avropa Databazası və Kodeks Alimentarius kimi beynəlxalq standartlarda qeyd olunan parametrlərə uyğun aparılır.
Qeyd edək ki, Milli Referens Laboratoriyası pestisidlərin qalıq miqdarının təyini üzrə Böyük Britaniyanın FAPAS şirkəti tərəfindən təşkil olunan beynalxalq səriştəlilik sınağında pomidor matriksində 8 paramertr üzrə yüksək nəticələr əldə edib. Laboratoriya tərəfindən tətbiq edilən pestisidlərin qalıq miqdarının təyini metodu isə Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) və Almaniya Akkreditasiya Mərkəzi (DAKKS) tərəfindən akkreditə olunaraq beynəlxalq akkreditasiyadan keçib.
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
