AQTİ qida müəssisələrinə yeni standart və xidmətlər təklif edir
16 Mart 2026 14:54
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) AZS ISO/IEC 17021-1:2021 standartının tələblərinə uyğun olaraq, Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiya edilib. Bu akkreditasiya İnstituta AZS ISO 22000:2022 “Qida təhlükəsizliyi idarəetmə sistemləri – qida zəncirində iştirak edən bütün təşkilatlara tələblər” dövlət standartı üzrə idarəetmə sistemlərinin sertifikatlaşdırılması fəaliyyətini həyata keçirmək səlahiyyəti verir.
AQTİ tərəfindən sözügedən standart üzrə sertifikatlaşdırma prosesi 4 mərhələdən ibarətdir. İlk mərhələdə sahibkar müraciət forması və ərizəni dolduraraq İnstituta təqdim edir. Daha sonra daxil olan müraciət təhlil edilir, sənədlər yoxlanılır və sifarişçiyə qiymət təklifi ilə müqavilə təqdim edilir.
AZS ISO 22000:2022 sertifikatlaşdırmasının növbəti mərhələsində müəssisədə tətbiq olunan qida təhlükəsizliyi idarəetmə sistemi yerində qiymətləndirilir, onun effektivliyi və standartın tələblərinə uyğunluğu yoxlanılır.
Audit və qiymətləndirmə nəticələrinə əsasən, tələblərə cavab verən müəssisələrə Sertifikatlaşdırma Komitəsinin qərarı ilə 3 il müddətinə uyğunluq sertifikatı təqdim edilir. Sertifikatın qüvvədə olduğu müddətdə illik nəzarət auditləri vasitəsilə sistemin davamlı uyğunluğu təmin edilir.
İnstitiut tərəfindən AZS ISO 22000:2022 üzrə sertifikatlaşdırma qida məhsullarının istehsalı, emalı, qablaşdırılması, saxlanması və dövriyyəsi ilə məşğul olan bütün müəssisələr üçün nəzərdə tutulur. Bu xidmət qida zəncirində iştirak edən müəssisələrin fəaliyyətinin beynəlxalq tələblərə uyğunlaşdırılmasına, istehlakçı etibarının artmasına və ixrac imkanlarının genişlənməsinə töhfə verir.
Sertifikatlaşdırma xidmətləri və prosedurları haqqında daha ətraflı məlumatı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun rəsmi internet səhifəsindən (afsi.gov.az) əldə etmək mümkündür.
Daha ətraflı məlumat üçün link:
Oxşar xəbərlər
İdentifikasiya sistemi üzrə təcrübə mübadiləsi aparılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Macarıstanın Qida Zənciri Təhlükəsizliyi Qurumu arasında heyvan sağlamlığı sahəsində qanunvericilik və institusional təcrübənin öyrənilməsinə həsr olunmuş onlayn görüş keçirilib. Görüşdə Macarıstanda heyvanların identifikasiyası və qeydiyyatı sisteminin hüquqi və institusional əsasları, tətbiqi və idarə olunması mexanizmləri, mövcud vəziyyəti, izlənmənin təmin olunması və digər məsələlər barədə məlumatlar təqdim edilib. Eyni zamanda, heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, eləcə də heyvan mənşəli məhsulların izləniləbilənliyinin təmin edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda tərəflər qarşılıqlı əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
AQTA sədri Gəncə və Göygöldə qida emalı müəssisələrinə baxış keçirib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Gəncə şəhərində və Göygöl rayonunda yerləşən qida emalı müəssisələrinin fəaliyyəti ilə tanış olub. Baxış zamanı Gəncə şəhərinin Gülüstan qəsəbəsində fəaliyyət göstərən "Nurçin-2017" MMC-də, həmçinin Göygöl rayonunun Quşqara kəndində sahibkar Məzahir Balayevə məxsus müəssisədə qida məhsullarının emalı prosesi barədə məlumat verilib. Qida təhlükəsizliyi tələblərinin təmin olunmasının, eləcə də istehsal imkanlarının genişləndirilməsinin, tətbiq edilən texnologiyaların təkmilləşdirilməsinin vacibliyi vurğulanıb.
“Demetria” MMC-yə məxsus istixana təsərrüfatında sağlamlaşdırma tədbirləri keçirilib
Karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkarlanması, yayılmasının qarşısının alınması və bitkiçilik məhsullarının fitosanitar təhlükəsizliyinin təmin edilməsi istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzarət tədbirlərini davam etdirir. Agentliyin Dağlıq Şirvan regional bölməsinin əməkdaşları “Demetria” MMC-yə məxsus istixana təsərrüfatına baxış keçiriblər. İxracı nəzərdə tutulan məhsullardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində qonur qırışıqlıq virusu aşkarlanıb. Virusun yayılmasının qarşısını almaq məqsədilə təsərrüfatda sağlamlaşdırma işləri aparılıb, müvafiq sanitariya və dezinfeksiya tədbirləri görülüb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş