AQTİ vakant vəzifə üzrə işə qəbul elan edir
13 Mart 2026 10:49
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) regionlarda (Xaçmaz, Şamaxı, Salyan, Lənkəran, Şəki, Gəncə, Tovuz, İmişli, Ucar, Bərdə) epidemioloq vəzifəsinə peşəkar kadrları işə dəvət edir.
Namizəd üçün tələblər:
•Ali tibbi təhsil (həkim, epidemiologiya, gigiyena və ya tibbi profilaktika ixtisası üzrə);
•Qida mənşəli xəstəliklər və zəhərlənmələr üzrə araşdırma aparmaq bacarığı;
•Epidemioloji nəzarət prinsipləri, xəstəliklərin yayılma dinamikası və risk analizi üsulları haqqında biliklər;
•Kompüter, statistika və məlumat bazaları ilə işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
•Regionlarda qida mənşəli xəstəliklər və kütləvi zəhərlənmə hadisələri üzrə epidemioloji araşdırmalar aparmaq;
•Epidemioloji məlumatları toplamaq, emal və təhlil etmək, hesabatlarını hazırlamaq;
•Qida zəncirinin müxtəlif mərhələlərində yoluxucu xəstəliklərin yayılma risklərini qiymətləndirmək;
•Laborator nəticələrlə epidemioloji məlumatları inteqrasiya və interpretasiya etmək;
•Epidemioloji nəzarət və erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
•Qida təhlükəsizliyi sahəsində epidemioloji risklərin idarə olunması üzrə təlimat və tövsiyələr hazırlamaqda iştirak etmək.
Əlavə məlumatlar:
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Epidemioloq” qeyd edərək hr@afsa.gov.az ünvanına göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 13.04.2026
Oxşar xəbərlər
Azərbaycanla Çili qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Çili Respublikasının Milli Balıqçılıq və Akvakultura Xidməti və Qida Keyfiyyəti və Təhlükəsizliyi Agentliyinin nümayəndələri arasında onlayn görüş keçirilib. Görüş zamanı iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər balıqçılıq məhsullarının idxalı ilə bağlı mövcud prosedurlar və hər iki ölkənin səlahiyyətli qurumları arasında qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Görüşün sonunda qarşılıqlı maraq doğuran digər məsələlər də nəzərdən keçirilib və əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunub.
AQTA-da AHK üzvləri ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Alman – Azərbaycan Ticarət Palatası (AHK) nümayəndələri, Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qrupunun üzvləri və sahibkarların iştirakı ilə görüş keçirilib. Görüşdə AHK Azərbaycanın Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qrupu tərəfindən hazırlanmış “Qida emalı və istehsalı sektorunda hüquqi, institusional və rəqəmsal islahatlar üzrə Mövqe Sənədi” yer alan təkliflər ətrafında geniş fikir mübadiləsi aparılıb. Bildirilib ki, sənəddə qaldırılan bir sıra məsələlər artıq həllini tapıb. Bununla yanaşı, mövcud çətinliklərin aradan qaldırılması və əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində mümkün mexanizmlər müzakirə edilib. Görüş zamanı AQTA tərəfindən qida təhlükəsizliyi sahəsində həyata keçirilən fəaliyyətlərin və aparılan islahatların beynəlxalq standartlara, Kodeks Alimentarius prinsiplərinə, eləcə də Avropa İttifaqının müvafiq qanunvericiliyinə və qabaqcıl təcrübəsinə uyğun şəkildə həyata keçirildiyi vurğulanıb. Bu baxımdan, mövqe sənədində əks olunan bir sıra təkliflərin Agentlik tərəfindən artıq tətbiq edilən və ya icrası davam etdirilən tədbirlərlə uzlaşdığı diqqətə çatdırılıb. Sonda AQTA ilə AHK Azərbaycanın Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qrupu arasında əməkdaşlığın daha da gücləndirilməsi barədə razılıq əldə olunub. Operativ koordinasiyanın təmin edilməsi məqsədilə hər iki tərəfdən əlaqələndirici şəxslər seçilib.
Salyanda qanunsuz fəaliyyət göstərən quş kəsimi məntəqəsi aşkarlanıb - VİDEO
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Salyan şəhərində fiziki şəxs Babayev Natiq Səmədağa oğluna məxsus fərdi yaşayış sahəsində qanunsuz fəaliyyət göstərən quş kəsimi məntəqəsi aşkarlanıb. Yoxlama zamanı kəsimxananın birbaşa fərdi yaşayış sahəsində, qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin quş kəsimi və emalı proseslərinin sanitar-gigiyenik tələblərə uyğun təşkil edilmədiyi müəyyən olunub. Belə ki, məntəqədə quşların qəbulu, saxlanılması, eləcə də emal zamanı keyləşdirilməsi, qansızlaşdırılması, təmizlənməsi, içalatının çıxarılması, ətin qablaşdırılması və soyudulması üçün tələb olunan istehsal sahələri yaradılmayıb. Eyni zamanda kəsimə gətirilən quşların mənşəyini təsdiq edən müşayiətedici sənədlərinin olmadığı, satışa çıxarılan toyuq əti məhsullarının baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi, havalandırma və temperatura nəzarət sistemlərinin quraşdırılmadığı, istehsal zamanı yaranan tullantıların düzgün idarə olunmadığı, işçilərin xüsusi geyimlə təmin edilmədiyi aşkarlanıb. Aşkar olunmuş nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, məhsullardan nümunələr götürülərək laborator müayinələrə göndərilib. Faktla bağlı müəssisənin fəaliyyətinin dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul olunub və nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Çinə ixrac imkanlarımız genişlənir - Real TV
Azərbaycan və Çin arasında qida məhsullarının ixracına dair mühüm razılaşmalar əldə olunub
Giriş