AQTİ və ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
18 Oktyabr 2023 15:00
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) və ADA Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. İnstitutun İdarə Heyətinin sədri Əli Nəbiyev və Universitetin prorektoru Fariz İsmayılzadə tərəfindən imzalanan memorandumda qarşılıqlı və faydalı əməkdaşlığa əsaslanan elmi-praktiki əlaqələrin inkişaf etdirilməsi, ixtisaslı kadr hazırlığının təmin edilməsi, qarşılıqlı maraq doğuran sahələrdə mövcud təcrübəninin bölüşülməsi kimi məsələlər öz əksini tapıb.
Belə ki, Anlaşma Memorandumuna əsasən, AQTİ-nin elmi potensialının gücləndirilməsi və fəaliyyətin genişləndirilməsi məqsədilə ADA Universitetinin professor və müəllim heyəti İnstitutun Elmi Komitəsinə cəlb ediləcək. AQTİ ilə ADA Universiteti arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələri üzrə beynəlxalq təcrübə nəzərə alınmaqla, təhsilin müxtəlif pillələri üçün yeni tədris proqramlarının hazırlanması istiqamətində əməkdaşlıq qurulacaq. Həmçinin qida məhsullarının təhlükəsizliyi ilə bağlı risklərin qiymətləndirilməsinin elmi cəhətdən əsaslandırılması sahəsində qarşılıqlı bilik və təcrübə mübadiləsi aparılacaq, magistr və doktorantlar elmi araşdırmalara cəlb olunacaq.
Qarşılıqlı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işləri, müştərək layihələr hazırlanacaq və həyata keçiriləcək. ADA Universitetinin bakalavr, magistr və doktorantları İnstitutun elmi-tədqiqat işlərinə cəlb ediləcək, qanunvericiliyə uyğun olaraq, elmi rəhbər, məsləhətçi və opponentlərin təyin olunması dəstəklənəcək. Eyni zamanda AQTİ ilə ADA Universiteti arasında əvvəlcədən müəyyən edilmiş mövzular əsasında seminar və təlimlər keçiriləcək, tələbələr təcrübə proqramlarına cəlb olunacaq. Birgə elmi-praktiki və elmi-metodiki konfrans, simpozium və digər tədbirlər təşkil ediləcək. Mütəmadi olaraq, informasiya mübadiləsi aparılacaq və müvafiq fəaliyyət sahəsində tərəflərin məlumatlandırılması istiqamətində işlər həyata keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması ÜHST-nin konfransında qabaqcıl təcrübə kimi təqdim olunub
20-25 sentyabr tarixlərində Latviya Respublikasının Yurmala şəhərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Avropa Regional Komissiyasının 32-ci Konfransı keçirilir. Azərbaycan ÜHST-nin İdarəetməyə Nəzarət Komitəsinin üzvü kimi konfransda fəal iştirak edib. Tədbir çərçivəsində institusional islahatlara yönəlmiş qərarların qəbulunda ölkəmizin maraqları da nəzərə alınıb. Konfransda Azərbaycanı ÜHST-nin Avropa Regional Komissiyasının vitse-prezidenti, AQTA-nın şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev təmsil edib. Konfransın gündəliyinə ölkəmizin xırdabuynuzlu heyvanların taunundan, eləcə də digər xüsusi təhlükəli heyvan xəstəliklərindən azad statusunun qorunması istiqamətində əldə etdiyi təcrübənin müzakirəsi də daxil edilib. Q.Əbdüləliyev təqdimatla çıxış edərək AQTA tərəfindən heyvan sağlamlığının və bioloji təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
AQTA “Sağlam məktəbli” layihəsini yeni tədris ilində də davam etdirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən “Sağlam məktəbli” layihəsi çərçivəsində 2026–2027-ci tədris ilində də ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir. Layihənin əsas məqsədi məktəblilər arasında sağlam və düzgün qidalanma vərdişlərinin formalaşdırılması, qida təhlükəsizliyi ilə bağlı biliklərinin artırılması və gündəlik qida seçimlərində daha diqqətli olmalarına töhfə verməkdir. Yeni tədris ili çərçivəsində növbəti maarifləndirici görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 191 nömrəli tam orta məktəbdə keçirilib. Görüşdə təxminən 100-dən artıq şagirdə “Meyvələrin uşaqların inkişafında rolu” mövzusu üzrə təqdimatlar keçirilb. Şagirdlərə meyvələrin orqanizmin böyümə və inkişafında rolu, vitamin və mineral mənbəyi kimi əhəmiyyəti, enerji və zehni fəaliyyətə təsiri, diqqət və yaddaş üçün faydası, mövsümə uyğun meyvə seçiminin əhəmiyyəti, meyvələrin düzgün yuyulması və istehlak qaydaları haqqında ətraflı məlumatlar verilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb.
Romada keçirilən Qlobal Konfransda Azərbaycanın aqrar-qida sistemi barədə məlumat verilib
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə İtaliyanın paytaxtında “Aqrar-qida sistemlərində Vahid Sağlamlıq hər kəsin sağlamlığı, hər kəsin məsuliyyəti və hər kəsin fəaliyyətidir” mövzusunda Qlobal Konfrans keçirilir. Tədbirdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Anar Əzimov iştirak edir. Sentyabrın 22-də baş tutan xüsusi paneldə ölkəmizin aqrar-qida sistemində həyata keçirilən islahatlar, biotəhlükəsizlik sahəsindəki tədbirlər və qabaqcıl təcrübələr barədə geniş məlumat verilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş