ATU-da Ümumdünya Qida Təhlükəsizliyi Gününə həsr olunmuş tədbir keçirilib
8 İyun 2026 16:34
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Azərbaycan Tibb Universitetinin (ATU) Qidalanma və tibbi ekologiya kafedrasında Ümumdünya Qida Təhlükəsizliyi Günü və Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ATU-nun kafedra müdiri, dosent Fəridə Əli, Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov, millət vəkili Aydın Mirzəzadə və digər çıxışçılar ətraf mühitin mühafizəsinin, sağlam həyat tərzinin təşviqinin və qida təhlükəsizliyinin təmin edilməsinin cəmiyyətin dayanıqlı inkişafında mühüm rol oynadığını vurğulayıblar.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Validə Sadıxova isə bildirib ki, ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması, qida risklərinin idarə edilməsi və istehlakçıların sağlamlığının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu sahədə həyata keçirilən tədbirlər qida zəncirinin bütün mərhələlərində nəzarətin gücləndirilməsinə, maarifləndirmənin artırılmasına və beynəlxalq standartlara uyğun təhlükəsizlik sistemlərinin təşviqinə xidmət edir.
Bu il 7 iyun — Ümumdünya Qida Təhlükəsizliyi Günü “Çətinliklərdən həllərə doğru – hər yerdə təhlükəsiz qida” şüarı ilə qeyd olunur. Bu ilin mövzusu qida mənşəli xəstəliklərin və qidadan qaynaqlana biləcək risklərin yükünün qiymətləndirilməsinin, elmi əsaslı qərarların qəbul edilməsinin və effektiv həllərin vacibliyini ön plana çıxarır.
Tədbir çərçivəsində qida təhlükəsizliyi və ətraf mühitin qorunması ilə bağlı aktual məsələlərə toxunulub, qarşıda duran əsas vəzifələr diqqətə çatdırılıb.
Oxşar xəbərlər
Məktəbli uşaq üçün sağlam qida seçimi necə olmalıdır?
Məktəb dövrü uşağın həm fiziki, həm də zehni inkişafının ən aktiv mərhələsidir. Günün böyük hissəsini məktəbdə keçirən uşağın diqqətini cəmləməsi, dərsdə fəal olması və tez yorulmaması birbaşa onun nə ilə qidalanmasından asılıdır. Ağ çörək əvəzinə tam taxıllı və ya çovdar çörəyindən hazırlanmış sendviçlər, lavaş ruletləri kimi seçimlər uşağın qan şəkərini stabil saxlayır və dərsdə diqqətini yayındırmır. Zülal uşağa uzunmüddətli enerji verir və tez acmasının qarşısını alır. Ona görə, qaynadılmış yumurta, qızardılmamış toyuq və ya hinduşka əti, ev üsulu pendir dilimləri və ya kəsmik sağlam seçimlər ola bilər. Dilimlənmiş pomidor, xiyar, kök, alma, banan və ya giləmeyvələri isə uşağın rahat yeyə biləcəyi ölçüdə doğramaq vacibdir. Bir ovuc qovrulmamış qoz, fındıq, badam və ya xurma, ərik kimi qurudulmuş meyvələr Omeqa-3 və mineral baxımından zəngindir, beynin fəaliyyətini stimullaşdırır. Yemək çantasını uşaq üçün vizual olaraq cəlbedici edin. Rəngarəng tərəvəzlər, maraqlı bölməli lançbokslar uşaqda ev yeməyinə həvəs yaradır. Çantaya mütləq kiçik bir şüşədə sadə su qoyun. Unutmayaq ki, sağlam qidalanan uşaq — daha diqqətli, daha enerjili və daha uğurlu şagird deməkdir.
Təhlükəli arıqlama məhsulları aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sosial şəbəkələr vasitəsilə onlayn satışı həyata keçirilən, arıqlama məqsədilə istifadə edildiyi iddia olunan müxtəlif növ çay, kofe, bioloji aktiv qida məhsulları, idman qidaları və digər məhsullarla bağlı monitorinqləri davam etdirir. Monitorinq tədbirləri çərçivəsində “slimming.body.azerbaijan”, “korol_baku” adlı “Instagram”, həmçinin “fit_yasam_soutfit” adlı “TikTok” hesabları vasitəsilə satışı həyata keçirilən müxtəlif məhsullarla bağlı araşdırmalar aparılıb. Laborator müayinələr nəticəsində hər üç məhsulun tərkibində istifadəsinə yol verilməyən təhlükəli maddə - sibutramin maddəsi aşkarlanıb. Qeyd edək ki, sibutramin qida komponenti deyil, mərkəzi sinir sisteminə təsir göstərərək iştahanı azaldan sintetik dərman maddəsidir. Ciddi sağlamlıq riskləri nəzərə alınaraq, sibutraminin istifadəsi dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda qadağan edilib. Məlumat üçün bildirək ki, sibutraminin istifadəsi arterial təzyiqin yüksəlməsi, ürək ritminin pozulması, taxikardiya, infarkt, insult və digər ağır ürək-damar fəsadlarının yaranmasına səbəb ola bilər. Araşdırma zamanı “Slimming Body Max Hunger Buster”, “Korol Poxudeniya” və “Sout Fit Extra” adlı məhsulların idxal sağlamlıq aktlarının olmadığı, qeydiyyata alınmadığı və ölkəyə qanunsuz yolla gətirildiyi müəyyən edilib. Qeyd edək ki, sözügedən məhsulların satışını həyata keçirən hər üç sosial şəbəkə hesabı geniş izləyici auditoriyasına malikdir, eləcə də həmin məhsullar sosial media platformalarında tanınmış şəxslər tərəfindən reklam edilir. AQTA bir daha bildirir ki, sosial şəbəkələrdə məhsulun geniş auditoriyaya təqdim olunması və ya tanınmış şəxslər tərəfindən reklam edilməsi onun təhlükəsizliyinə və qanunvericiliyin tələblərinə uyğunluğuna zəmanət vermir. İstehlakçıların sağlamlığı üçün potensial təhlükə yaradan, qanunvericiliyin tələblərinə cavab verməyən və tərkibində istifadəsinə yol verilməyən maddələr aşkarlanan məhsulların satışının və reklamının təşviqi yolverilməzdir. AQTA bu istiqamətdə sosial şəbəkələrdə monitorinqləri davam etdirir. Link
Dövlət Proqramı qida təhlükəsizliyi üzrə kadr hazırlığını gücləndirəcək
Ölkə başçısının Sərəncamı ilə təsdiq olunmuş 2027–2032-ci illər üçün Dövlət Proqramında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində ali təhsil üzrə kadr hazırlığının müasir tələblərə uyğunlaşdırılması nəzərdə tutulur. Mövcud tədris proqramlarının təkmilləşdirilməsi və yeni fənn proqramlarının hazırlanaraq tədrisə başlanması planlaşdırılır. Məktəblərdə isə sağlam qidalanma və zoonoz xəstəliklərlə bağlı məlumatların dərsliklərə daxil edilməsi nəzərdə tutulur. Bununla şagirdlərin qida təhlükəsizliyi və sağlam qidalanma barədə məlumatlılığının artırılması hədəflənir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş