Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşı AQTİ laboratoriyalarının iş prinsipi ilə tanış olub
24 Sentyabr 2021 14:36


Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin proqram meneceri Rayner Freund Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyalara səfər edib. Səfərin məqsədi qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının qorunması sahəsində Avropalı mütəxəssislərlə birgə əməkdaşlığın, təcrübə mübadiləsinin daha da genişləndirilməsidir.
Tanışlıq səfəri zamanı Aİ-nin ölkəmizdəki nümayəndəliyinin əməkdaşı ilə qarşılıqlı fikir mübadiləsi aparılıb, həmçinin AQTİ-nin fəaliyyət istiqamətləri barədə məlumat verilib. Qida təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etmək sahəsində Aİ-nin Azərbaycanda reallaşdırdığı uğurlu layihələrdən danışılıb.
Həm iş prinsipini öyrənmək, həm də müayinə metodları, ekspertiza və tədqiqat xidmətləri ilə yaxından tanış olmaq məqsədilə R. Freund AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyalara baxış keçirib. Qonağa laboratoriyaların fəaliyyət istiqaməti, maddi-texniki bazası, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlığı, səriştəlilik sınaqlarında əldə olunmuş yüksək nəticələr barədə ətraflı məlumat verilib.
Görüşdə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının daha səmərəli təşkilini təmin etmək baxımından Aİ ilə birgə əməkdaşlığın inkişaf etdirilməsi üzrə perspektivlər, bilik və bacarıqların mübadiləsi müzakirə olunub.
Oxşar xəbərlər

Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən 2025-ci il 17-21 iyun tarixlərində aparılan monitorinqlər zamanı Bakı, Sumqayıt şəhərləri və Masallı, Lənkəran rayonlarında fəaliyyət göstərən 5 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb. Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:

Bərdədə “Ay Pizza” restoranında sanitariya norma və qaydaları pozulub
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonu, İ.Qayıbov küçəsində fəaliyyət göstərən, Behbudov Rəşad Yaşar oğluna məxsus “Ay Pizza” restoranında yoxlama keçirib. Baxış zamanı restoranda qida məhsullarının saxlanma temperaturuna əməl olunmadığı, mal qonşuluğu prinsipinin pozulduğu, işçi heyətin gigiyena qaydalarına riayət etmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

Topdansatış mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb
Ağcabədi rayonu, Aşağı Avşar kəndində fəaliyyət göstərən, Qasımov Elçin Yaqub oğluna məxsus topdansatış mağazasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı yararlılıq müddəti bitmiş zeytun yağı, meyvə şirəsi və müxtəlif çeşiddə şirniyyat, həmçinin Azərbaycan dilində etiket məlumatı olmayan xurma və balıq konservi aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
