Avstriyanın Səhiyyə və Qida Təhlükəsizliyi Agentliyinin icraçı direktoru Tomas Kikincer AQTİ-nin laboratoriyaları ilə tanış olub
17 May 2022 18:07
Avstriyanın Səhiyyə və Qida Təhlükəsizliyi Agentliyinin (AGES) icraçı direktoru Tomas Kikincer Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarında olub. AGES rəhbəri institutun laboratoriyalarının fəaliyyəti ilə yaxından tanış olub.
Görüş zamanı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli qonaqlara AQTİ-nin fəaliyyət istiqamətləri haqda ətraflı məlumat verib. Bildirilib ki, institutun fəaliyyətində əsas məqsəd insanların həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etməkdir. Bu məqsədlə AQTİ tabeliyində qida təhlükəsizliyi, kompleks müayinələr, heyvan və bitki sağlamlığı üzrə ümumilikdə 16 laboratoriya və regional bölmə fəaliyyət göstərir. Qeyd olunub ki, İnstitutun tabeliyində olan laboratoriyalarda infrastruktur beynəlxalq standartlar səviyyəsində qurularaq, ən muasir avadanlıqlarla təchiz edilib, eyni zamanda burada qida təhlükəsizliyi, heyvan sağlamlığı, bitki sağlamlığının qorunması və karantin nəzarətinin həyata keçirilməsi sahələrində dəqiq müayinə və analizlər həyata keçirilir.
Laboratoriyalara baxış zamanı qonaqlar Milli Referens Laboratoriyasının Bioloji müayinələr bölməsində molekulyar-bioloji sınaqlarının aparılması prosesini izləyib, kimyəvi müayinələr bölməsinə, fındıqda aflatoksin müayinəsi aparılan maye xromatoqraf otağına, həmçinin fiziki-kimyəvi sınaqlar, pestisid və antibiotik qalıqları sınaqları həyata keçirilən laborator otaqlara baxış keçirilib.
AGES rəhbəri ölkəmizdə müasir texnologiya və avadanlıqlara malik laboratoriyaların fəaliyyəti və işinin davamlı təkmilləşdirilməsi istiqamətində görülən işləri yüksək dəyərləndirib.
Görüş çərçivəsində tərəflər arasında qarşılıqlı maraq doğuran istiqamətlər, o cümlədən qida təhlükəsizliyi ilə bağlı normativ texniki hüquqi aktların Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması sahəsində Avstriya təcrübəsinin öyrənilməsi, qida məhsullarının idxal-ixrac prosedurlarının sadələşdirilməsi, risklərin və böhran vəziyyətlərinin idarəedilməsi ilə bağlı təcrübə mübadiləsi, laboratoriyaların inkişafı və qurulması sahəsində birgə əməkdaşlığa dair məsələlər müzakirə olunub.
Tərəflər arasında dinamik inkişafa əsaslanan əməkdaşlıq münasibətlərinin gücləndirilməsində qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsinin faydalı olacağı da vurğulanıb.
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş