Avtomobilin yük yerində istehlak üçün yararsız heyvan cəmdəyi aşkar olunub
3 May 2023 00:00
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkili və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Daxil olan müraciət əsasında Agentlik müfəttişləri tərəfindən DİN-nin Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə Bərdə rayonu ərazisində keçirilmiş reyd zamanı “GAZ-3110” markalı 11-BG-756 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində bir baş ölmüş iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb. Orqanoleptik müayinələr zamanı heyvan cəmdəyinin insan istehlakı üçün yararsız olduğu müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Ölmüş heyvan cəmdəyi məişət tullantıları poliqonunda məhv edilib. Araşdırmalar davam etdirilir.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş