Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda vətəndaşlar və KİV nümayəndələri üçün növbəti “Açıq qapı” günü keçirilib
7 May 2021 16:25
Mayın 7-də Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) vətəndaşlar və KİV nümayəndələri üçün növbəti “Açıq qapı” günü keçirilib.
Əvvəlcədən qeydiyyatdan keçmiş vətəndaşların, həmçinin KİV nümayəndələrinin iştirak etdiyi görüşdə bildirilib ki, “Açıq qapı” gününün keçirilməsində məqsəd vətəndaşlara İnstitutun fəaliyyət istiqamətləri, istehsal və idxal-ixrac olunan qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə laboratoriyalarda aparılan müayinə və analizlər barədə ətraflı məlumat verməkdir. Qeyd olunub ki, qida təhlükəsizliyinin təmin edilməsində vətəndaşların aktiv iştirakını həyata keçirmək üçün onların maarifləndirilməsi vacibdir. “Açıq qapı” gününün təşkili də belə tədbirlərdən biridir.
Tədbirdə İnstitutun bazasında Bakıda və regionlarda ən müasir tələblərə cavab verən laboratoriyalar yaradıldığı, seçilmiş potensiallı kadrların təlimə cəlb edilərək laboratoriyalarda müvafiq işlə təmin olunduğu, habelə müayinələrin beynəlxalq standartlara uyğun, müasir metodlarla həyata keçirildiyi barədə vətəndaşlara məlumat verilib. Qeyd olunub ki, laboratoriyaların mövcud imkanları Azərbaycanda əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi ilə yanaşı, qida məhsullarının ixrac imkanlarının genişlənməsinə də şərait yaradır.
Daha sonra iştirakçılara Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “1003-Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciətləri, sahibkarlarla əməkdaşlıq, İnstitutda aparılan elmi araşdırmalar, keçirilən təlimlər barədə məlumat verilib. Sonda vətəndaşlar laboratoriyalarda aparılan müayinələri əyani şəkildə müşahidə ediblər.
Görüş çərçivəsində vətəndaşları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş