Azərbaycan və Pakistan arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq genişlənir
11 Sentyabr 2025 17:47
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Azərbaycan-Pakistan Ticarət və Sənaye Palatasının nümayəndələri ilə görüş keçirilib.
Görüş zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Tərəflər cari ilin 24 fevral tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantin sahəsində əməkdaşlıq haqqında Saziş”i məmnunluqla xatırlayıblar. Bildirilib ki, bu Saziş bitki sağlamlığı sahəsində əməkdaşlığın dərinləşdirilməsinə, dövlət nəzarəti altında olan malların idxal və ixrac prosedurlarının sadələşdirilməsinə, bitki xəstəliklərinin qarşısının alınmasına və mübarizə tədbirlərinin gücləndirilməsinə xidmət edir. 2025-ci ilin avqust ayından isə Pakistan İslam Respublikasının qida obyektləri üzrə təsdiq sisteminin ekvivalentliyi Agentlik tərəfindən tanınıb. Bu qərar ixracın genişləndirilməsinə və iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə imkan yaradıb.
Görüşdə həmçinin Pakistandan Azərbaycana heyvan mənşəli məhsulların idxalının həyata keçirilməsi məqsədilə baytarlıq sertifikatlarının razılaşdırılması və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər - VİDEO
Baytarlıq müayinəsindən keçməmiş, xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilərək ətinin istehlaka təqdim edilməsi insan sağlamlığı üçün ciddi risklər yaradır. Belə heyvanlardan insanlara bruselyoz, qarayara, vərəm və digər zoonoz xəstəliklər keçə bilər.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş