Azərbaycanda trans yağlarla bağlı görülən işlər ÜST tərəfindən yüksək qiymətləndirilib
4 Mart 2024 10:13
Azərbaycan bu ildən etibarən trans yağ turşuları ilə mübarizə sahəsində görülən işlərlə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən hazırlanan “Ölkələrin Qiymətləndirmə Aləti”ndə 2-ci səviyyədən 3-cü səviyyəyə yüksəlib.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yaxılabilən yağlarda və qatı yağlarda trans yağ turşularının miqdarının azaldılması istiqamətində bir sıra məqsədyönlü tədbirlərin həyata keçirilməsi, o cümlədən “Yaxılabilən yağlarda və qatı yağlarda trans yağ turşularının tənzimlənməsinə dair sanitariya norma və qaydası”nın təsdiqlənməsi ilə bağlı respublikamız “Ölkələrin Qiymətləndirmə Aləti”ndə Rusiya Federasiyası və İsveçrə kimi dövlətlərin də yer aldığı 3-cü səviyyədə qərarlaşıb. Bu tənzimləmə sayəsində trans yağ turşularının mövcudluğu ehtimalı daha yüksək olan marqarin və spred yağlarda trans yağ turşularının miqdarı (heyvan mənşəli yağlarda və piylərdə təbii halda yaranan trans yağ turşuları istisna olmaqla) məhsulun ümumi yağ tərkibinin ən çoxu 2%-i həddində müəyyənləşdirilib.
Qeyd edək ki, 2023-cü ilin sonunadək Azərbaycan trans yağ turşularının aradan qaldırılması üçün strateji sənədlərdə üzərinə götürdüyü öhdəliklərin və digər tamamlayıcı tədbirlərin icrası baxımından İsrail, Çin Xalq Respublikası və Cənubi Koreya kimi ölkələrin də yer aldığı 2-ci səviyyədə idi.
Onu da bildirək ki, ÜST qida məhsullarında trans yağ turşularının azaldılması və ya aradan qaldırılması məqsədilə ölkələrin həm qanunvericilik, həm də digər istiqamətlərdə həyata keçirdikləri tədbirlərin mövcud statusuna nəzarət etmək və davamlı olaraq ölkələrin bu sahədə fəaliyyətini izləmək üçün “Ölkələrin Qiymətləndirmə Aləti”ni hazırlayıb. Alətdə cari dövr üçün 141 dövlət trans yağ turşularının aradan qaldırılması istiqamətində gördükləri tədbirlərin növünə görə 4 səviyyə üzrə qruplaşdırılıb. Trans yağ turşularının azaldılması (və ya aradan qaldırılması) ilə bağlı ən yaxşı təcrübəyə malik ölkələr 4-cü, ən yaxşı təcrübəyə nisbətən daha az məhdudlaşdırıcı tədbirlərə sahib dövlətlər 3-cü səviyyəyə aid edilib.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş