Azərbaycandan Bolqarıstan və digər Aİ ölkələrinə fındıq ixracı məsələləri müzakirə olunub
18 Sentyabr 2026 11:17
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Bolqarıstan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri arasında onlayn görüş keçirilib.
Görüşdə tərəflər arasında mövcud əməkdaşlıq əlaqələri, həmçinin Azərbaycandan Bolqarıstana fındıq ixracının həcminin artırılması və ixrac imkanlarının genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Azərbaycan fındığının yalnız Bolqarıstana deyil, bu ölkə üzərindən digər Avropa İttifaqı (Aİ) dövlətlərinə ixracı məsələləri diqqət mərkəzində olub. Bu istiqamətdə ixrac prosedurlarının səmərəli təşkili, qida təhlükəsizliyi tələblərinə riayət olunması və nəzarət mexanizmlərinin təkmilləşdirilməsinin əhəmiyyəti vurğulanıb.
Qeyd edilib ki, Bolqarıstanın “Kapitän Andreevo” sərhəd-keçid məntəqəsi Azərbaycan fındığının Aİ bazarlarına daxil olması üçün əsas strateji qapı rolunu oynayır. Bu baxımdan, sərhəd-keçid prosedurlarının operativ və qida təhlükəsizliyi tələblərinə tam uyğunluğunun təmin edilməsi xüsusi əhəmiyyət daşıyır.
Sonda ixrac zamanı qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi və ticarət əlaqələrinin inkişafı istiqamətində birgə addımların atılması barədə razılıq əldə olunub.
Oxşar xəbərlər
Qida təhlükəsizliyinin 7 qızıl qaydası: HACCP prinsipləri
Qida məhsullarının təhlükəsizliyi müəssisələr üçün həm sağlamlıq, həm də etibar məsələsidir. HACCP-in 7 qızıl prinsipi bunun təmin olunmasının ən etibarlı yoludur.
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər - VİDEO
Baytarlıq müayinəsindən keçməmiş, xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilərək ətinin istehlaka təqdim edilməsi insan sağlamlığı üçün ciddi risklər yaradır. Belə heyvanlardan insanlara bruselyoz, qarayara, vərəm və digər zoonoz xəstəliklər keçə bilər.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş