Azərbaycanla İsrail arasında qida məhsullarının idxal-ixrac əməliyyatlarının genişləndirilməsi məsələsi müzakirə olunub
9 İyun 2026 14:28
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyinin nümayəndələri arasında ikitərəfli onlayn görüş keçirilib.
Görüşdə ölkələrimiz arasında qida məhsullarının idxal-ixrac əməliyyatlarının genişləndirilməsi, İsrailin idxal tələblərinin öyrənilməsi, eləcə də iki ölkənin qida təhlükəsizliyinə nəzarət sistemlərinin ekvivalentliyinin qarşılıqlı tanınması məsələləri müzakirə olunub. Bundan başqa heyvan mənşəli məhsulların İsrailə ixrac perspektivləri və bu istiqamətdə mövcud imkanlar barədə ətraflı fikir mübadiləsi aparılıb.
Sonda bu istiqamətdə keçirilən görüşlərin qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və qida təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişafı baxımından xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb, tərəflər gələcəkdə tərəfdaşlığın davam etdirilməsi istiqamətində maraqlı olduqlarını bildiriblər.
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş