Azərsun “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” çağırış kampaniyasına qoşuldu
24 Oktyabr 2025 15:13
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” kampaniyasını davam etdirir.
Kampaniya çərçivəsində hazırlanan növbəti videoçarxda Şuranın üzvü, “Azərsun Holdinq” MMC-nin Baş icraçı direktoru Savaş Uzan qida sənayesində təhlükəsizliyin təmin olunmasında kompleks yanaşmanın və dəyərlər sisteminin vacibliyindən bəhs edir.
O vurğulayır ki, xammalın alınmasından emala, qablaşdırmadan logistikaya qədər hər mərhələ qida təhlükəsizliyinə birbaşa təsir göstərir. Əsas məqsəd təkcə texnoloji ardıcıllığı qorumaq deyil, istehlakçının inamını möhkəmləndirən şəffaf və davamlı nəzarət sistemləri formalaşdırmaqdır.
İstehlakçının etimadı yalnız dad və görünüşlə deyil, məhsulun təhlükəsizliyinə olan güvənlə qazanılır. Bu isə sahibkarın həm dövlət, həm də cəmiyyət qarşısında sosial məsuliyyətidir.
Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir! Gəlin, təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq!
Oxşar xəbərlər
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər - VİDEO
Baytarlıq müayinəsindən keçməmiş, xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilərək ətinin istehlaka təqdim edilməsi insan sağlamlığı üçün ciddi risklər yaradır. Belə heyvanlardan insanlara bruselyoz, qarayara, vərəm və digər zoonoz xəstəliklər keçə bilər.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş