Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda mərkəziləşmiş heyvan kəsimi məntəqələrinin ünvanları
12 İyul 2018 00:00
Məlum olduğu kimi, Qida Təhlükəsizliyi Agentliyi bu ilin may ayından etibarən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərində, eyni zamanda heyvan kəsimi məntəqələrində monitorinqlərə başlayıb. Monitorinqlər əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin olunması üçün mövcud vəziyyətin öyrənilməsi və mərkəziləşmiş ət kəsimi fəliyyəti ilə bağlı maarifləndirmə işlərini əhatə edir.
Aparılan monitorinqlər nəticəsində heyvan kəsimi ilə bağlı ölkə ərazisində mövcud vəziyyətin öyrənilməsi ilə yanaşı, regionlar üzrə vətəndaşların gündəlik ət təlabatının həcmi agentlik əməkdaşları tərəfindən araşdırılaraq müəyyən olunmuşdur. Araşdırmanın ilkin nəticələrinə uyğun olaraq Bakı, Sumqayıt şəhərlərndə və Abşeron rayonunda heyvan kəsimi üçün yararlı, baytarlıq-sanitariya normalarına cavab verən kəsim məntəqələrinin ünvanları aşağıdakı kimidir:
Bakı şəhəri üzrə heyvan kəsim məntəqələri
1.Fiziki şəxs Ağalarov Elşən Nurəddin oğluna məxsus iri və xırda buynuzlu heyvanların kəsim məntəqəsi
Ünvan: Bakı şəhəri, Binə qəsəbəsi, Xətai küçəsi 7
- Fiziki şəxs Ucal Ergünə məxsus iri və xırda buynuzlu heyvanların kəsim məntəqəsi
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küç.26
- “Təbriz” kəsim məntəqəsi keşlə bazarının yanı
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küç.36 A
4.“Qoc Ət ” Kəndli Fermer Təsərrüfatı MMC
Ünvan: Bakı şəhəri, Qaradağ ray, Lökbatan qəs, Ş.Xəlilov küç, 13
5.“ESE” MMC
Ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr. 92
6."AzMeat production " MMC
Ünvan: Bakı şəhəri, Zabrat qəsəbəsi, Babək küç 110
7."Az Protein Food Production" MMC
Ünvan: Bakı şəhəri, Buzovna qəsəbəsi,Albalı massivi
- Fiziki şəxs Tamara Aslanovaya məxsus heyvan kəsim məntəqəsi “Oazis” restoranının yanı
Ünvan : Bakı şəhəri, Cəfər Xəndan 52 c
9.“AzərAqro” MMC
Ünvan: Bakı şəhəri, Nizami rayonu, 8-ci KM qəsəbəsi, Mehdi Abbasov küçəsi
- “Aqrovest” MMC
Ünvan`: Bakı şəhəri Qaradağ rayonu Binə Ticarət mərkəzinin qarşısı
- Fiziki şəxs Hüseynov Nəsimiyə məxsus heyvan kəsim məntəqəsi
Ünvan: Nizami rayonu Çobanzadə küc.63
- Fiziki şəxs Əliyev Hamletə məxsus kəsim məntəqəsi
Ünvan: Bakı şəhəri Səbail rayonu Gülbala Əliyev küc.20
Sumqayıt şəhəri üzrə heyvan kəsim məntəqələri
1.Fiziki şəxs Arif Hüseynova məxsus heyvan kəsim məntəqəsi
Ünvan: Sumqayıt şəhəri,Çerkassi küçəsi,46-cı məhəllə
2.”Mərcan” heyvan kəsim məntəqəsi
Ünvan: Sumqayıt şəhəri, Koroğlu prospekti
Abşeron rayonu üzrə hevan kəsim məntəqələri
1." Səhliyalı "MMC
Ünvan: Xırdalan şəhəri, H.Əliyev küçəsi
2.“Zəhmət-Ruzi” MMC-yə məxsus iri və xırda buynuzlu heyvanların kəsim məntəqəsi
Ünvan: Xırdalan şəhəri, Quşçuluq massivi, H.Əliyev küç. 38
3.Fiziki şəxs Rasim Rzaxanova məxsus heyvan kəsim məntəqəsi
Ünvan: Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi
- Fiziki şəxs Rafiq Rüstəmova məxsus heyvan kəsim məntəqəsi
Ünvan: Abşeron rayonu,Məhəmmədli kəndi Mürvət Şirinov küç
Qeyd edək ki, hazırda monitorinqlər davam edir və heyvan kəsimi normalarına cavab verən kəsim məntəqələri ilə bağlı məlumatlar mütəmadi olaraq siyahıya əlavə olunacaq, ictimaiyyətin diqqətinə çatdırılacaqdır.
Oxşar xəbərlər
AQTA heyvan kəsimi məntəqələrində sağlamlaşdırma işləri aparır
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvan kəsimi məntəqələrində aparılan son monitorinqlər zamanı müəyyən edilmiş sanitar-gigiyenik və sanitar-texniki nöqsanların aradan qaldırılması ilə bağlı sahibkarlara müvafiq göstərişlər verilib. Qısa müddət ərzində məntəqələrdə zəruri sağlamlaşdırma işləri aparılıb, aşkar edilmiş nöqsanlar aradan qaldırılıb və obyektlərin normativ tələblərə uyğunlaşdırılması təmin edilib. Sağlamlaşdırma işləri aparılan məntəqələr aşağıdakılardır: • Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 56; • Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi 63, 2403-cü məhəllə; • Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ ərazisi.
Ölkə üzrə heyvanların identikləşdirilməsi genişləndiriləcək – Dövlət Proqramı
Prezidentin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvanların identikləşdirilməsi və məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS) daxil edilməsi nəzərdə tutulur. Prosesin icrası ilə heyvan sağlamlığına nəzarət gücləndiriləcək və heyvan mənşəli məhsulların izlənilməsi təmin olunacaq. Bu çərçivədə heyvan sahibləri və fermerlər identikləşdirilmə prosesinin vacibliyi və tələbləri barədə məlumatlandırılacaq, müvafiq təlimlər keçiriləcək. Dövlət Proqramında heyvanların identifikasiyası və qeydiyyatı ilə bağlı rəqəmsal imkanların inkişafına da xüsusi diqqət yetirilir. Sənəddə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) əhatə dairəsinin genişləndirilməsi və funksionallığının artırılmasının heyvan sağlamlığı və biotəhlükəsizliyin təmin olunması baxımından əhəmiyyəti vurğulanır. Sistem heyvanların düzgün qeydiyyatını, sağlamlıq vəziyyətinin izlənilməsini və müvafiq tədbirlərin vaxtında həyata keçirilməsini dəstəkləyir.
Sahibsiz heyvanların sığınacaqla təmin edilməsi istiqamətində tədbirlər həyata keçiriləcək
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvan sağlamlığı və biotəhlükəsizliyə nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində sahibsiz heyvanların sığınacaqlarla təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası ilə bağlı məsələlərə aydınlıq gətirib. Ətraflı:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş